Keçid linkləri

2024, 29 Aprel, Bazar ertəsi, Bakı vaxtı 19:58

İngiltərədə baş vermiş partlayış ‘terror aktı’ kimi araşdırılır (Video)


Hadisə Avropanın ən böyük mamalıq və ginekologiya klinikasının qarşısında baş verib
Hadisə Avropanın ən böyük mamalıq və ginekologiya klinikasının qarşısında baş verib

Partlayış nəticəsində həlak olan yeganə şəxsin intiharçı olduğu düşünülür

Britaniyanın Liverpul şəhərində taksidə baş vermiş partlayış “terror aktı” kimi araşdırılır.

Hadisə noyabrın 14-də bu şəhərdə, Avropanın ən böyük mamalıq və ginekologiya klinikasının qarşısında baş verib.

Partlayış nəticəsində həlak olan yeganə şəxsin intiharçı olduğu düşünülür.

Britaniya mediasının xəbərlərinə görə taksinin sürücüsü xəstəxanadadır. Devid Perri sərnişinin bombasını gördükdən sonra maşından çıxaraq qapıları kilidləyib. Bunun ardınca partlayış baş verib.

The Daily Mail Perrinin dostuna istinadən yazır ki, terror aktında şübhəli bilinən şəxs şəhərdəki xristian məbədinə getmək istədiyini demişdi.

Noyabrın 14-də orada I Dünya Müharibəsində həlak olanların anım mərasimi keçirilirdi. Bu tədbirə 1200-dək əksərən hərbçilər, veteranlar və həlak olan hərbçilərin ailə üzvləri qatılmışdılar.

The Sun qəzetinin yazdığına görə sürücü, sərnişin əvvəlcə məbədə getmək istəsə də yolların bağlı olmasına görə fikrindən daşınanda şübhələnib.

Sərnişin bundan sonra sözü gedən klinikaya getmək istədiyini deyib.

4 nəfər saxlanıb

Polis hazırda şübhəlinin mümkün motivlərini araşdırır. Bu insidentlə bağlı dörd nəfər terror aktında şübhəli kimi saxlanıb. Onlar 20-29 yaşları arasındadırlar.

Yerli yanğınsöndürmə məntəqəsi bildirib ki, onun əməkdaşları hadisə yerinə gələndə taksi tamamilə yanmışdı.

Polis hələki taksidə həlak olan şəxsi partlayışla rəsmən bağlamır və onun adı açıqlanmır.

Liverpulun yerli icra orqanları, habelə Britaniyanın baş naziri Boris Conson bildirmişdilər ki, sürücü sərnişinin üstündəki bombanı görən kimi maşından çıxıb.

Lakin bunun ardınca yayılan videolarda sürücünün maşını partlayışdan bir neçə saniyə sonra tərk etməsi görünür.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG