Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:42

Ekspert: ‘Lirənin ucuzlaşmasının Azərbaycana təsiri olacaq’


“Türkiyə lirəsinin dollara nisbətdə yenidən ucuzlaşmasının Azərbaycana həm birbaşa, həm də dolayısı ilə təsiri olacaq”.

Bunu Azadlıq Radiosuna iqtisadçı Nemət Əliyev deyib.

İqtisadçı vurğulayıb ki, Azərbaycan Neft Fondunun vəsaitlərinin bir hissəsi (Təqribən 1 faizi. Neft Fondunun 2019-cu il yanvarın 1-də 38 milyard 515,2 milyon dollara qədər vəsaiti olub-red) Türkiyə lirəsində saxlanılır, burada dəyər itkisi olacaq.

Nemət Əliyev əlavə edib ki, Azərbaycan Türkiyəyə milyardlarla ölçülən vəsaitlər yatırıb. Onun fikrincə, burada həmin vəsaitlərin dəyər itirməsi də nəzərə alınmaya bilməz.

Nemət Əliyev
Nemət Əliyev

İqtisadçı məzənnəyə görə, itkinin ticarət sektorunda da özünü göstərəcəyini düşünür:

“Xüsusilə, ticarət sektoru iqtisadi problem yaşayacaq. Ona görə ki, ticarət çevik əməliyyatlar sahəsidir. İndiki halda isə lirə dəyər itirib. Bazar lirənin məzənnəsinə uyğunlaşana və ya sabitləşənə kimi vaxt itirəcək, bu isə ticarətə mənfi təsir göstərəcək. Bunu da nəzərə almaq lazımdır ki, Türkiyə Azərbaycan iqtisadi həyatında adi bir dövlət deyil, idxal-ixrac əməliyyatlarında ön sıralarda yer alan bir ölkədir”.

Dolayı təsirlərə gəlincə Nemət Əliyev deyib ki, Türkiyədə xeyli sayda Azərbaycan vətəndaşı işləyir, bu məzənnə itkisi onların da maliyyə itkilərinə səbəb olacaq:

“Adətən, belə maliyyə təlatümləri immiqrasiyaya da səbəb olur. Nəticə etibarilə dövlət miqrant gəlişində və onların ölkədə qalmasında maraqlı olmur. Bu isə orada əməkçi kimi yaşayan və çalışan azərbaycanlıların heç də xeyrinə deyil”.

Xatırlatma

2018-ci ilin yayında Türkiyə lirəsi dollar nisbətdə kəskin dəyər itirdi. Amma 2018-ci ilin payızından lirənin məzənnəsində sabitlik yaranıb.

Amma zaman-zaman lirənin məzənnəsində yenidən ucuzlaşma yaşanır. Aprelin 24-ü bir dollar 5,89 lirəyə yüksəlmişdi. Bu yazı sayta hazırlanarkən artıq, bir dollar 5,94 lirəyə çatıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG