Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:21

Rubl, lirə və rialın ucuzlaşması manatdan yan keçə bilərmi?


Dollar satışına limit qoyuldu. Manatı nə gözləyir?
Gözlə

No media source currently available

0:00 0:15:08 0:00

Dollar satışına limit qoyuldu. Manatı nə gözləyir?

Azərbaycan manatının durumu necədir? Azərbaycanın əsas ticarət tərəfdaşlarından Rusiya və Türkiyənin milli valyutalarının ucuzlaşması manata necə təsir edir? Bu günlər ekspertləri ən çox düşündürən suallar bunlardır.

İqtisadiyyat portalı fed.az yazır ki, Azərbaycanda dollar az da olsa bahalaşmağa başlayıb.

Belə ki, ötən həftənin sonu, dolların satış qiyməti 1,7020 manat olduğu halda, bu gün 1,7030 manatdır.

AzadlıqRadiosunun əməkdaşı Bakının Əhmədli qəsəbəsində - Kapitalbank, Rabitəbank, Xalqbank, Ekspress bank filiallarında dollar tapmayıb. Yapıkreditbank filialındansa bildiriblər ki, yalnız 10 min dollar sata bilərlər. Bank of Baku-nun filialında isə bildiriblər ki, maksimum 300 dollar dəyişmək mümkündür.

Bakı sakini Abbas Quliyev də deyir ki, dollar almaq istəyəndə məhdudiyyətlə üzləşib:

“Qonşu dövlətlərdə dolların qiyməti qalxır, biz də cüzi qıtlıq yaranıb, növbələr yaranıb. Burda da 500-dən 5 minə qədər dollar üçün şəxsiyyət vəsiqəsi tələb edirlər”.

Azərbaycan Banklar Assosiasiyası dolların nağd satışına ötən həftədən məhdudiyyət qoyub, qurumun prezidenti Zakir Nuriyev deyir ki, məqsəd möhtəkirliyin qarşısını almaqdır:

“Məhdudiyyət yalnız və yalnız müştərini tanıma prinsipi əsasında nağdsız əməliyyatlar olan hissədədir. Yəni, burada qarşıdakı müştərinin möhtəkirliyi ehtimalı və ya hər hansı düzgün olmayan işlərlə məşğul ola biləcək müştəri qrupları nəzərdə tutulur. Möhtəkirliklə məşğul olan müştəri qrupları üçün mövcud olan məhdudiyyətdən söhbət gedir”.

Hərçənd, dollar satışına qoyulan məhduyyətin və ya digər tədbirlərin manatı dəyərdə saxlaya biləcəyinə şübhə edənlər də var. Bakı Dövlət Univesitetinin iqtisadiyyat müəllimi Toğrul Maşallı deyir ki, əksinə, məhdudiyyət ajiotaj yaradır ki, dollar qıtlığı var.

Onun sözlərinə görə, lirə və rublun, o cümlədən İran rialının ucuzlaşmasından sonra, bu ölkələrdən Azərbaycana dollar almağa gələnlər arta və bu, dollara tələbatı artıra bilər. Onun sözlərinə görə, lirə və rublun manata təsirləri böyükdür:

“Ən azı ona görə ki, bizim Rusiyaya ixracatımız əsasən, kənd təsərrüfatı məhsullarıdır və bunun hesabına əhalinin böyük bir qismi dolanır. Amma Türkiyədə baş verənlərə görə, Türkiyənin özünün kənd təsərrüfatı məhsulları azalacaq. Nəticədə biz onlarla Rusiya bazarında rəqabət apara bilməyəcəyik. Bu da bizim fermerlərə ciddi ziyan olacaq. Eyni zamanda bizim Türkiyə ilə fındıq bazarnda ciddi rəqabətimiz var. Belə getsə, fındığın dünya bazarında qiyməti düşəcək. Nəticədə əhalinin böyük bir qisminin, hansının ki, bu ölkələrdən qazancı var, azalacaq”.

Xaricdən evə göndərilən pullar azalsa...

Toğrul Maşallı deyir ki, Rusiya və Türkiyədən evə göndərilən pulun azalması ümumilikdə Azərbaycan iqtisadiyyatına həlledici təsir göstərməsə də, əhalinin yaşayışında pisləşmə müşahidə olunacaq.

Türkiyə lirəsi dollara nisbətdə rekord həddə ucuzlaşdı
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00

Lirənin və rublun ucuzlaşmasının Neft Fondunun gəlirlərinə təsir etdiyini iddia edənlər də var.

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsləri Beynəlxalq İdarə Heyətinin üzvü Qubad İbadoğlu deyir ki, SOCAR-ın əsas sərmayələri Türkiyə iqtisadiyyatınadır, lirənin kəskin dəyər itirməsi, şirkətin sərmayələrini risk altına qoyub. Qubad İbadoğlu bildirir ki, rublun və lirənin dəyər itirməsi Neft Fondunun da gəlirliliyinə müəyyən təsir edir, belə ki, Fondun investisiya portfelində rus rublu 1,1 faiz, türk lirəsi isə 1 faiz təşkil edir:

“Siyasi müdaxilələrlə qərarların monopoliyaya alındığı, Mərkəz Bankın gerçək müstəqilliyinin təmin olunmadığı, xarici faktorlardan asılılığın artdığı, siyasi elitanın korporativ və korrupsiya maraqları ilə bazar iqtisadiyyatına keçidi əngəllədiyi, mövcud iqtidara iş adamlarının etimadının itirildiyi istənilən ölkənin iqtisadiyyatında milli valyuta böhranı baş verə bilər. Türkiyə ilə Azərbaycanı bu mənada fərqləndirən cəhətlər azdır. Sadəcə Türkiyədə orta təbəqə, bazar iqtisadiyyatı institutları Azərbaycandan güclü, tədiyyə balansının durumu və beynəlxalq valyuta ehtiyatları isə zəifdir”.

Mərkəzi Bankın isə rəhbərliyinin bəyanatlarında deyilir ki, manatın ucuzlaşması gözlənilmir.

İqtisadi təhlilçi Toğrul Maşallı bildirir ki, əgər lirə və rublun ucuzlaşması davam edərsə, manatın da dəyər itirməsi yaxın vaxtlarda baş verə bilər.

AzadlıqRadiosu Bakı sakinləri arasında sorğu keçirib:

Lirə və rublun ucuzlaşması manata necə təsir edir?
Gözlə

No media source currently available

0:00 0:01:54 0:00

Azərbaycan manat 2014-2015-ci illərdə, neftin ucuzlaşdığı vaxt iki dəfədən çox dəyər itirmişdi. Amma son illər hökumət manatın dəyərini sabit saxlaya bilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG