Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:48

Lerikdə meşə yanğını söndürülüb


Meşə yanğını, Azərbaycan, Yardımlı rayonu, 6 iyul 2018
Meşə yanğını, Azərbaycan, Yardımlı rayonu, 6 iyul 2018

Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Lerik rayonunun Günəşlı kəndinin meşəbəyliyində baş verən yanğın avqustun 3-ü axşama doğru söndürülüb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Məlumatda vurğulanıb ki, hadisə nəticəsində 0,7 hektar ərazidə quru ot örtüyü və kol-kos yanıb.

Lerik rayonunda meşə yanğını avqustun 3-də günorta saatlarında baş vermişdi.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Cənub Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb edilmişdi.

Xatırlatma

Son aylarda Azərbaycanın meşə zonalarında ümumilikdə 35 yanğın hadisəsinin baş verdiyi deyilir. Yanğınlar Hirkan və Altıağac milli parklarının ərazisində də baş verib. Həmin yanğınlar da artıq söndürülüb.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev avqustun 3-də keçirdiyi mətbuat konfransında deyib ki, Azərbaycanın çöl və meşələrində yanğınların böyük əksəriyyəti insan faktoru ilə bağlıdır.

XS
SM
MD
LG