Keçid linkləri

2025, 28 Mart, Cümə, Bakı vaxtı 14:04

Lənkəran bazarında güclü yanğın [video]


Çayxana və ona bitişik telefon mağazası yanıb
Çayxana və ona bitişik telefon mağazası yanıb

Avqustun 4-ü səhər saatlarında Lənkəran şəhərində mərkəzi bazarın ərazisində güclü yanğın olub. Fövqəladə Hallar Nazirliyinin xəbərinə görə, yanğının digər ticarət obyektlərinə keçməsinə imkan verilməyib.

Yanğının saat 08:21-də söndürüldüyü qeyd edilir.

Dövlət və iş adamlarına nə qədər ziyan dəydiyi, hələlik, açıqlanmır.

Hadisə yerində olan şahidlərin AzadlıqRadiosuna bildirməsinə görə, yanğın bazardakı çayxanada baş verib.

Şahidlər deyiblər ki, çayxana və ona bitişik telefon mağazası yanıb. Yanğının qaz sızmasından baş verdiyi güman edilir.

Hadisə şahidlərinin çəkdikləri video:

XS
SM
MD
LG