Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:43

Yeni ABŞ səfiri Bakıya gəldi


Bu gün, martın 7-də ABŞ-ın Azərbaycana yeni təyin olunan səfiri Lee Litzenberger Bakıya gəlib.

Amerikalı diplomat hava limanında jurnalistlərə deyib ki, xanımı ilə birlikdə Bakıda olmaqdan çox məmnun və sevinclidir.

Lee Litzenberger deyib: “ Mən ABŞ səfiri kimi səlahiyyətlərimin icrasına başlamağı, insanlarınızla, mədəniyyətinizlə, rəsmilərlə tanış olmağı, xalqlarımız və ölkələrimiz arasındakı əlaqələri dərinləşdirməyi, gücləndirməyi həvəslə gözləyirəm”

O, etimadnaməsini prezident İlham Əliyevə təqdim etdikdən sonra vəzifəsinin icrasına başlayacaq.

ABŞ Senatı bu il yanvarın 2-də Lee Litzenbergeri Azərbaycanda yeni səfir təsdiq edib.

Keçmiş səfir Robert Sekutanın ölkəni tərk etməsindən 12 ay sonra yeni səfirin Azərbaycana gəlib.

Lee Litzenbergerin Dövlət Debartamentində son işi hərbi-siyasi məsələlər üzrə büroda baş müşavir vəzifəsi olub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG