Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:25

Beynəlxalq kimyəvi silah ekspertləri Rusiyanın iddiasını rədd edirlər


OPCW-nin baş direktoru Ahmet Üzümcü
OPCW-nin baş direktoru Ahmet Üzümcü

Kimyəvi silahlara beynəlxalq nəzarət təşkilatının rəhbəri Rusiya tərəfinin İngiltərənin Solsberi şəhərində ikinci növ əsəb-sinir kimyəvi maddəsinin aşkar olunduğuna dair iddiasını rədd edib.

Keçmiş rusiyalı ikili agent Sergey Skripal və qızı Solsberidə zəhərləniblər.

Britaniya martın 4-də baş vermiş bu zəhərlənməyə görə Moskvanı ittiham edir. London bildirir ki, Sergey Skripalın və onun qızı Yuliyanın həyatına sovet dövründə istehsal edilmiş Noviçok maddəsi ilə qəsd edilib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 14-də bildirmişdi ki, Moskva Solsberidən götürülmüş nümunələri analiz edən İsveçrə laboratoriyasından məxfi məlumat alıb.

Lavrov demişdi ki, bu nümunələrdə BZ maddəsi aşkar olunub.

Martın 27-də alındığı bildirilən məlumata istinad edən Lavrov deyirdi ki, bu maddə ABŞ, Britaniya və başqa ölkələrin cəbbəxanalarında da ola bilərdi.

Kimyəvi Silahların Qadağanı Təşkilatı – OPCW-nin baş direktoru Ahmet Üzümcü aprelin 18-də agentliyin iclasında deyib ki, BZ OPCW-nin laboratoriyasında mövcud yoxlama qaydalarına uyğun olaraq nəzarət nümunəsinin tərkibində olub və bunun Solsberidən götürülmüş nümunələrlə heç bir əlaqəsi yoxdur.

Britaniyanın bu təşkilatdakı nümayəndəsi Peter Wilson həmin iclasda deyib ki, London bu sui-qəsd cəhdində Rusiyanın iştirakı olduğuna inanmaqda davam edir.

O deyib ki, yalnız Rusiya Skripalları hədəfləmək üçün texniki vasitələrə, əməliyyat təcrübəsinə və motivlərə malikdir.

Haaqada mənzillənmiş OPCW ötən həftə açlıqlanmış ilkin hesabatında Britaniyanın apardığı analizin nəticələrini təsdiq etdiyini bildirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG