Keçid linkləri

2024, 13 May, Bazar ertəsi, Bakı vaxtı 08:48

Lavrov deyir, Minsk qrupu qurtardı, Mirzoyan deyir, hələ yox


Minsk qrupu tarixə qovuşur? Lavrovdan yeni açıqlama
Gözlə

No media source currently available

0:00 0:14:59 0:00

Minsk qrupu tarixə qovuşur? Lavrovdan yeni açıqlama

Lavrovun sözlərinə görə, Qərb münaqişənin tənzimlənməsindəki maraqlarını Rusiya ilə fikir ixtilafına qurban verib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada ermənistanlı həmkarı Ararat Mirzoyanla keçirdiyi birgə mətbuat konfransında deyib ki, ATƏT-in Minsk qrupunun ABŞ və Fransadan olan həmsədrləri Rusiya ilə bu qrupda əməkdaşlıqdan imtina ediblər.

Lavrovun sözlərinə görə, Qərb münaqişənin tənzimlənməsindəki maraqlarını Rusiya ilə fikir ixtilafına qurban verib:

“Mən Minsk qrupunun gələcək taleyinin necə olacağını bilmirəm, çünki bizim bu qrupdakı, belə demək mümkündürsə fransalı və amerikalı həmkarlarımız, rusofob tozanağında, Rusiya Federasiyasına aid nə varsa hər şeyi ləğv etmək canatımında ATƏT-in Minsk qrupu həmsədrlərinin üçlüyünü də ləğv ediblər və bildiriblər ki, bu formatda təmaslarda olmayacaqlar. Əgər onlar Qarabağı tənzimləməsindəki və ümumilikdə Cənubi Qafqazdakı maraqlarını, bu halda isə erməni tərəfinin maraqlarını qurban verməyə hazırdırlarsa, bu onların öz işidir”.

Qərb getsə də, Rusiya burda qalacaq

Qərbin bu hərəkətini “məsuliyyətsiz” adlandrıan Lavrov bildirib ki, Rusiya özünün Qarabağ və Cənubi Qafqaz üzrə öhdəliklərinə sadiq qalacaq:

“Bu, bizi yolumuzdan döndərməyəcək, biz Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında imzalanmış üçtərəfli bəyanat formatında razılaşmaların həyata keçirilməsində səy göstərməyə sadiqik”.

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyunun yazdığına görə öz növbəsində Ararat Mirzoyan deyib ki, dünyada hazırkı geosiyasi vəziyyət ATƏT-in Minsk qrupu həmsədrlərinin işini əhəmiyyətli dərəcədə mürəkkəbləşdirib:

“Amma mənə başqa xəbərlər də çatır. Azərbaycanlı həmkarlarımızın ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətinin dayandığını, Dağlıq Qarabağ münaqişəsinin olmamasına, Dağlıq Qarabağ adında regionun olmamasına görə onların görə biləcəkləri bir işin qalmadığını təkrar etmələrinə baxmayaraq, başqa ölkələrin həmsədrlərindən alınan konkret siqnallar və məlumatlar var. Bütün bunlara baxmayaraq beynəlxalq birlik Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini ATƏT-in Minsk qrupu həmsədrlərinin çərçivəsində görür və bu çox ümidlər yaradır”.

“Bütün zəruri məsələlər”

Lavrovun bu bəyanatından əvvəl, aprelin 6-da Azərbaycan və Ermənistan liderləri Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə Brüsseldə danışıqlar aparmışdılar.

Bu danışıqlardan sonra Mişel tərəflər arasında sülh müqaviləsinin hazırlanmasına start verildiyini bəyan etmişdi.

Bu arada Azatutyun Avropa İttifaqından adının çəkilməsini istəməyən yüksək vəzifəli diplomatla danışdığını yazır.

Həmin rəsmi Azatuyunun “gələcək müzakirələrə Dağlıq Qasrabağ münaqişəsi də daxil ediləcəkmi” sualına konkret cavab verməyib.

O deyib ki, tərəflər “bütün zəruri məsələləri” müzakirə edəcəklər.

Yerevandakı təhlilçilər Rusiyanın təsirindən çıxmağın zamanı çatdığını deyirlər
Gözlə

No media source currently available

0:00 0:03:44 0:00

Mişel Erdoğanla da, Putinlə də danışıb

Azatutyunun regionun başqa əsas oyunçularının – Rusiya və Türkiyənin Avropa İttifaqının bu bölgədə aktivləşməsinə necə baxacaqları barədə sualına Avropa diplomatı cavab olaraq deyib ki, bu məsələni Şarl Mişel prezidentlər Putin və Erdoğanla ayrı-ayrılıqda müzakirə edib:

“Türkiyə paralel olaraq Ermənistanla münasibətlərin normallaşması prosesinə başlayıb. Bizim fəaliyyətimiz isə həm də türklər üçün əlverişlidir, çünki onlar Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması olmadan Ermənistanla münasibətlərini normallaşdıra bilməzlər. Odur ki, bu iki proses bir-birini tamamlayır”.

Avropa diplomatı bildirib ki, “biz başqalarının hesabına addım atacaq qədər sadəlövh deyilik”.

O əlavə edib ki, Şarl Mişelin də bəyanatında 26 noyabr Soçi razılaşmalarına istinad var. Avropalı diplomat rusiyalı sülhməramlılar məsələsinə də toxunub:

“Rusiya sülhməramlıları birgə sərhəd komissiyasının delimitasiya, stabilliyin təmin olunması və təhlükəsiz şəraitin yaradılması istiqamətində fəaliyyəti həqiqi nəticə verənədək orada qalacaqlar”.

Diplomat əlavə edib ki, sözü gedən birgə sərhəd komissiyası öz fəaliyyətinə çox tezliklə, artıq aprelin sonlarında başlayacaq.

O bildirib ki, bu istiqamətdə əldə olunmuş irəliləyişin müzakirə olunması üçün Aİ çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin daha bir görüşü təşkil ediləcək.

Xocalıdan özəl reportaj: 'Qorxuruq. Qaçmağa məhkumuq'
Gözlə

No media source currently available

0:00 0:04:32 0:00

Rusiyanın xeyrinə olmayan rəy sorğusu

Bu arada SOCIES ekspert mərkəzi Yerevan Universitetinin iştirakı və Konrad Adenauer fondunun maliyyə dəstəyi ilə Ermənistanda rəy sorğusu keçirib.

Bu rəy sorğusunun nəticələrinə görə respondentlərin 69.7 faizi Ermənistanın Rusiya ilə münasibətləri məhdudlaşdırmalı, Avropa İttifaqı və ABŞ-la münasibətləri isə genişləndirməli olduğunu bildirib.

Rəyi soruşulanların 34.1 faizi deyib ki, Ermənistan NATO-ya üzv olmalıdır.

Respondentlərin yalnız 29.1 faizi “təhlükəsizlik çətirinin” Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (ODKB) olduğunu deyib.

Respondentlərin 41 faizi ölkənin gələcəyini Avropa İttifaqında gördüyünü bildirib.

Rəyi soruşulanların 28.7 faizi Avrasiya İqtisadi İttifaqında üzvlüyə tərəfdar olduğunu deyib.

Xatırlatma

Qarabağ münaqişəsi Ermənistanla Azərbaycan arasında gərginliyə və daha sonra silahlı toqquşmalara səbəb olub.

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan işğal altında olan ərazilərinin yarıdan çoxuna nəzarəti bərpa etdiyini açıqlayıb.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlılarının yerləşdiyi açıqlanıb.

Bu münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG