Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:36

Lavrov Ermənistandakı həbslərdən narazılığını bildirir


Sergey Lavrov
Sergey Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Ermənistanda baş verənlər ölkənin yeni rəhbərliyinin keçmiş hakimiyyətin təqib edilməyəcəyinə dair bəyanatları ilə ziddiyyət təşkil edir.

Rusiyanın dövlət TASS xəbər agentliyinin məlumatına görə Lavrov bu bəyanatı iyulun 31-də jurnalistlərlə söhbəti zamanı səsləndirib.

Lavrov deyib ki, “son günlərin hadisələri Ermənistanın yeni hakimiyyətinin keçmiş hakimiyyətin siyasi motivlərlə təqib olunmayacağına dair bu yaxınlarda verdiyi bəyanatlarla ziddiyyət təşkil edir”.

Lavrov deyib: "Rusiya Yerevanın müttəfiqi kimi erməni dövlətinin sabitliyində maraqlıdır və buna görə də hazırda orada baş verənlər, həm də MDB ərazisində fəaliyyət göstərən təşkilatların normal işi baxımından bizi narahat etməyə bilməz”.

Lavrov ümid etdiyini bildirib ki, Ermənistanda siyasətçilərin həbsləri ilə bağlı situasiya konstruktiv həllini tapacaq:

"Son bir neçə gün ərzində biz bu narahatlığımızı bir neçə dəfə Ermənistan hakimiyyətinin nəzərinə çatdırmışıq...”.

İyulun 26-da Ermənistanın Xüsusi İstintaq Xidməti (XİX) Rusiyanın nəzarəti altında olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yury Khachaturov-a qarşı konstitusiya quruluşunun devrilməsi ittihamını irəli sürüb.

XİX iyulun 26-da eyni ittiham həm də Ermənistanın keçmiş prezidenti Robert Kocharian-a qarşı irəli sürülüb.

Bundan iki gün sonra Kocharian həbs edilib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG