Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:03

Lavrov ABŞ-ın nümayəndə heyətini qəbul edib


Rusiyanın xarici işlər naziri Sergei Lavrov ümid edir ki, ABŞ nümayəndə heyətinin Moskvaya səfəri parlamentlərarası dialoqun bərpasına xidmət edəcək.

Lavrov bunu iylun 3-də ABŞ Konqresi nümayəndə heyətinin üzvləri ilə görüşdə deyib.

ABŞ nümayəndə heyətinin iyulun 3-də həmçinin Dövlət Dumasında görüşü nəzərdə tutulub.

Dumanın sədri Vyaceslav Volodin deyib ki, görüş mətbuat üçün qapalı olacaq.

ABŞ nümayəndə heyətinə senator Richard Shelby rəhbərlik edir.

O da qeyd edib ki, Rusiya ilə ABŞ ikitərəfli münasibətləri yaxşılaşdırmalıdırlar.

Senator ümid edir ki, ABŞ və Rusiya prezidentlərinin iyulun 16-da Helsinkidə keçiriləcək görüşü müsbət nəticələr verəcək.

Ağ Ev və Kreml İyunun 28-də eyni vaxtda bəyan elədilər ki, Vladimir PutinləDonald Trump arasında görüş iyulun 16-da Helsinkidə olacaq.

Qeyd edək ki, Rusiyanın 2014-cü ildə Krımı ilhaq eləməsi, Ukraynanın şərqindəki hərbi münaqişə və Rusiyanın ABŞ-dakı prezident seçkilərinə mümkün müdaxiləsinə görə ABŞ-Rusiya münasibətlərində gərginlik yaranıb.

Buna da bax: "Putin Trump-la görüşdə ABŞ seçkisinə müdaxilə etmədiyini deyəcək".

ABŞ və Avropa Birliyi də daxil olmaqla bir sıra ölkələr Krım və Ukraynanın şərqindəki münaqişəyə görə Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq ediblər.

Qərb Moskvanı Krımın ilhaqı və Ukraynanın şərqindəki rusiyapərəst separatçıları dəstəkləməkdə günahlandırır.

Moskva ittihamı rədd edir.

Rusiya həmçinin ABŞ seçkilərinə müdaxilə etmədiyini deyir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG