Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 00:28

Suriyanın Latakiya qəzasına raketlər atılıb


Sentyabrın 17-də gecə saatlarında Suriyanın sahilyanı Latakiya qəzasında bir neçə məntəqəyə raket atılıb. Bu barədə məlumatı dövlət mediası və müstəqil müşahidəçilər xəbər veriblər.

Rəsmi SANA xəbər agentliyi hərbiyyə rəsmilərinə istinadən bildirir ki, Latakiya qəzasının mərkəzi dəniz tərəfdən raket atəşlərinə tutulub.

Dövlət mediası raketlərin İsrail tərəfindən atıldığıının güman edildiyini bildirir. Dövlət Əl-İxbariyyə telekanalı qaranlıq ərazidə raket zərbəsindən sonra başlanmış yanğınları göstərib.

Telekanal xəbər verir ki, raket zərbələrinin hədəfi Texniki Sənaye İnstitutu olub.

Suriya İnsan Haqları Müşahidə Qrupu isə bildirir ki, raketlər institutun yaxınlığındakı silah anbarlarına atılıb.

Bundan əvvəl dövlət mediası Dəməşq beynəlxalq hava limanına, ehtimalən İsrail tərəfindən raket atıldığını xəbər vermişdi.

İsrail çox nadir hallarda Suriya ərazisinə hücum etdiyini rəsmən təsdiq edir.

XS
SM
MD
LG