Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:00

Niyə məhz Lapshin?


Alexander Lapshin
Alexander Lapshin

Dünən – fevralın 7-də Azərbaycanın beynəlxalq axtarışa verdiyi bloqqer Alexander Lapshin Bakıya ekstradisiya olunub. İsrail qəzetləri onun Bakıdakı həbsxanalardan birinə yerləşdirildiyini yazırlar.

Bloqqerin axtarışa verilməsinin səbəbi onun Qarabağa Azərbaycan hökumətinin icazəsi olmadan səfər etməsi, üstəlik, bloq yazılarında Dağlıq Qarabağın müstəqilliyini tanımağa çağırışlarıdır. Amma Dağlıq Qarabağa Bakının icazəsi olmadan səfər edən yüzlərlə jurnalist, siyasətçi, sənət adamı var. Azərbaycan hökuməti niyə məhz A.Lapshin-i beynəlxalq axtarışa verib? Niyə həm İsrail, həm Rusiyanın etirazlarına və müraciətlərinə məhəl qoymayıb və bu məsələdə israrlı mövqe tutub?

ADI QARA SİYAHIDA OLA-OLA...

«The Times of Israel» qəzeti bloqqerin Qarabağa dəfələrlə səfər etməkdən başqa, yazılarında Azərbaycan prezidenti İlham Əliyevi, Azərbaycan hökumətini təhqir etdiyini vurğulayır.

Buna da bax-Lapshin Azərbaycana gətirildi

«LiveJounral» isə yazır ki, A.Lapshin Azərbaycan XİN-in qara siyahısına düşsə də, istədiyi vaxt Bakıya gələ bilir və bu haqda öz bloq yazılarında məlumat verirmiş. Onun Bakıya səfərinə imkan verən bir neçə pasporta sahib olmasıymış. A.Lapshin-in İsrail, Rusiya, həm də Ukrayna vətəndaşı kimi 3 pasportu var. Azərbaycan XİN-in qara siyahısında onun adı «Aleksandr» kimi qeyd olunur, Ukrayna pasportunda isə «Oleksandr»dır. Adı siyahıya düşəndə bloqqer yazırmış: «Axmaqlar, bütün Azərbaycan xalqını axmaq yerinə qoyurlar. Amma mən onların oyunlarına getməyəcəyəm. Gözəl Bakıya səfər etməyin, azərbaycanlı dostlarımla görüşməyin yolunu tapacağam».

Sonrakı yazılarında isə A.Lapshin adı qara siyahıda ola-ola Bakıya iki dəfə səfər etdiyini bildirib.

Lapshin Azərbaycanda
Gözlə
Embed

No media source currently available

0:00 0:00:44 0:00

A.Lapshin keçən ilin dekabrında, Minskdə həbs olunub. Rusiyanın xarici işlər naziri, nazirliyin sözçüsü bloqqerin Bakıya ekstradisiyasına imkan verilməyəcəyini, İsrail isə məsələnin A.Lapshin-in xeyrinə həll olunması üçün diplomatik yollar axtardığını, Azərbaycanın qərarında qəti olduğunu deyirdi.

«AYSBERQİN BÖYÜK HİSSƏSİ SUYUN ALTINDADIR»

Amma qəzetlər başqa şey də yazır. Bloqqerin həyat yoldaşı Ekaterina Kopylova keçən ay «Haarets» qəzetinə müsahibəsində demişdi ki, İsrail rəsmiləri həbsxanaya baş çəkməkdən imtina edirlər.

Buna da bax-Bloqqer prezidentə bağışlanma məktubu göndərib

Bu günlərdə mətbuat konfransı keçirən Belarus lideri Alyaksandr Lukashenka isə bloqqeri İsrailin də, Rusiyanın da istədiyini, amma onun Bakıya veriləcəyini demişdi. Prezident eyni zamanda İsrailin Azərbaycanla razılığa gələ biləcəyini vurğulamışdı: «İsrail istəsə, bu adamın başından bir tük əskik olmaz... Aysberqin görmədiyiniz tərəfi – böyük bir hissəsi suyun altındadır».

«The Times of Israel» qəzetinin yazdığına görə, A.Lapshin-in ekstradisiyasına qərar verən Minsk məhkəməsində də, şikayətə baxan Apellyasiya məhkəməsində də dinləmələr bağlı qapılar arxasında keçirilib.

MÜRACİƏTLƏR ÜNVANINA ÇATMAYIB

Həyat yoldaşının sözlərinə görə, Minskdə A.Lapshin-ə ekstradisiya haqda razılığa imza atmasını təklif ediblər və ona Bakıya çatan kimi İsrail rəsmilərinə təhvil veriləcəyini deyiblər. O, təklifi rədd edib. Bundan sonra bloqqeri soyuq kameraya salıblar. İsrail rəsmiləri isə bloqqerin ailəsinə Azərbaycanla belə bir razılaşma əldə etmədiklərini deyiblər. Bloqqerin özünün Minskdəki Rusiya və İsrail səfirliklərinə müraciətləri, xanımının dediyinə görə, çatdırılmırmış.

Bununla belə, İsrailin Xarici İşlər Nazirliyi mətbuata məsələni diqqətlə izlədiyini bildirib.

A.Lapshin-in məsələsiylə İsrail parlamentinin üzvü Ksenia Svetlova ciddi maraqlanıb. O, ölkəsinin Xarici İşlər Nazirliyinə bloqqerin həyatının təhlükə altında olduğunu deyib.

Azərbaycan rəsmiləri məsələylə bağlı, hələ ki, açıqlama vermirlər. İsrail qəzetləri yazır ki, Bakıda bloqqeri 8 ilə qədər həbs cəzası gözləyir.

XS
SM
MD
LG