Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:59

Ermənistandan Lapshinin Azərbaycana verilməsinə reaksiya


Alexander Lapshin
Alexander Lapshin

“Aleksandr Lapshinin təqib edilməsi və Azərbaycana verilməsi əsas insan haqları olan söz və sərbəst hərəkət azadlığının kobud şəkildə pozulması deməkdir və bu bir daha dikdatura ilə demokratiya arasında mövcud uçurumdan xəbər verir”.

Bunu Ermənistan xarici işlər nazirliyinin sözçüsü Tigran Balayan rusiyalı bloqqer Lapshinin Belarusdan Azərbaycana verilməsinə münasibət bildirərkən deyib.

“Siyasi və ictimai xadimlər, mədəniyyət nümayəndələri, jurnalistlər və turistlərin Dağlıq Qarabağa axını dayanmayacaq, əksinə artacaq” Balayan vurğulayıb.

Onun bu bəyanatı Ermənistan xarici işlər nazirliyinin rəsmi saytında yerləşdirilib.

Qeyd edək ki, Rusiya və İsrail vətəndaşlığı olan bloqqer fevralın 7-də Azərbaycanın sorğusu ilə Belarusdan Bakıya ekstradisiya olunub. İsrail qəzetləri onun Bakıdakı həbsxanalardan birinə yerləşdirildiyini yazırlar.

Bloqqerin axtarışa verilməsinə səbəb, Azərbaycan hökumətinin icazəsi olmadan Qarabağa səfər etməsi, üstəlik, bloq yazılarında Dağlıq Qarabağın müstəqilliyini tanımağa çağırmasıdır.

Alexander Lapshin 2016-cı ilin dekabrında Azərbaycanın sorğusu əsasında Minskdə saxlanıb. Yanvarda Minsk məhkəməsi Belarus Baş Prokurorluğu A.Lapshin-in Azərbaycana ekstradisiyası haqqında qərar çıxarıb.Bloqqer bu qərardan Minsk şəhər Məhkəməsinə şikayət verib. Yanvarın 26-da məhkəmə Belarus baş prokurorunun müavininin A.Lapshin-in təhvil verilməsi haqqında hökmünün qanuni olduğu barədə qərar çıxarıb.

Sonda Ali məhkəmə də bu qərarı qüvvədə saxlayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG