Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:49

Kushner Yaxın Şərq sülh təklifini Ramazandan sonra açıqlayacaq


Jared Kushner
Jared Kushner

Ağ Evin baş müşaviri Jared Kushner deyib ki, o çoxdan gözlənilən Yaxın Şərq sülh təklifini müsəlmanların müqəddəs Ramazan ayından, yəni iyunun 4-dən sonra açıqlayacaq.

Həm də prezident Donald Trump-ın kürəkəni olan Kushner aprelin 23-də deyib ki, təklif“fəlsətinlilər üçün sanballı biznes planı” və İsrail üçün təhlükəsizlik qarantiyalarını nəzərdə tutur, lakin onun həyata keçməsi üçün hər iki tərəfdən “çətin kompromislər” tələbə olunacaq.

Kushner Nyu Yorkda keçirilən bir forumda deyib ki, o bu təklifi hələ 2018-ci ilin sonlarında açmalıydı, amma o vaxt İsrail baş naziri Benjamin Netanyahu seçki çağırdı və indi isə ona yeni hökumətin tərtibi üçün vaxt lazımdır.

ABŞ administrasiyası indiyədək fələstinliləri özünün bir sıra qərarları ilə hiddətləndirib. Bura prezident Trump-ın ABŞ səfirliyini Tel Əvivdən Yerusəlimə köçürmək qərarı da daxildir. Fələstinlilər bu şəhəri öz gələcək dövlətlərinin paytaxtı hesab edirlər.

Trump bu qərarla əslində ABŞ-ın Yaxın Şərqdə onilliklərlə yürütdüyü balanslı siyasəti pozub.

Trump-ın bu qərarından sonra Fələstin Hakimiyyətinin başçısı Mahmud Abbas demişdi ki, fələstinlilər bundan sonra “heç vaxt” Birləşmiş Ştatlar tərəfindən heç bir sülh planını qəbul etməyəcəklər.

Kushner təklifində iki dövlət prinsipinin olub-olmadığı barədə suala şərhdən imtina edib.

O bildirib ki, əsas məqsədi “Fələstin xalqının vəziyyətini yaxşılaşdırmaq və onların yaşadıqları əraziləri investisiyalar üçün daha cazibədar etməkdir”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG