Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:15

Fələstin prezidenti BMT-ni ABŞ-ı sülh vasitəçiliyindən kənarlaşdırmağa çağırır


Fələstin lideri İslam Əməkdaşlığı Təşkilatının İstanbul sammitində çıxış edib
Fələstin lideri İslam Əməkdaşlığı Təşkilatının İstanbul sammitində çıxış edib

Fələstin prezidenti Mahmud Abbas BMT-ni Birləşmiş Ştatları İsrail-Fələstin sülh sazişinin vasitəçilyindən kənarlaşdırmağa çağırıb.

Abbas bu bəyanatı dekabrın 13-də İslam Əməkdaşılığı Təşkilatının İstanbulda keçirilən sammitində səsləndirib.

Fələstin prezidenti sammitdəki çıxışında deyib ki, fələstinlilər ABŞ-ın Yerusəlimi İsrailin paytaxtı kimi tanımaq qərarından “sarsılıblar”.

Mahmud Abbas deyib ki, Donald Trump-ın bu qərarı “sülh prosesinin üzünə sillə” olub.

O bildirib ki, fələstinlilər bundan sonra ABŞ-ın bu siyasi prosesdə vasitəçəliyini qəbul etməyəcəklər.

Abbas deyib ki, o iki dövlət prinsipinə sadiq qalır, lakin İsrail-Fəlsətin sülh prosesində liderliyin BMT-yə keçməsi üçün səylərini əsirgəməyəcək.

Bu sammitə ev sahibliyi edən Türkiyənin prezidenti Recep Tayyip Erdoğan beynəlxalq icmanı işğal olunmuş Yerusəlimi Fələstinin paytaxtı kimi tanımağa çağırıb.

O deyib ki, Yerusəlim müsəlmanlar üçün “qırmızı xətdir” və onlar İslamın müqəddəs ocaqlarına qarşı təcavüzü qəbul etməyəcəklər.

İran prezidenti Həsən Rohani müsəlman ölkələrini fələstinli haqlarının müdafiəsinə çağırıb.

Fələstinlilər Yerusəlimi gələcək dövlətlərinin paytaxtı kimi görürlər. İsrail Şərqi Yerusəlimi ilhaq edib və onu özünün paytaxtı elan edib. İsrailin bu qərarı beynəlxalq icma tərəfindən heç vaxt tanınmayıb.

Donald Trump deyib ki, onun qərarı əslində reallığın qəbulundan başqa bir şey deyil. ABŞ bəyan edir ki, bu qərar onun İsrail-Fələstin münaqişəsinin çözümündəki roluna xələl gətirmir.

İsraildə baş nazir Benjamin Netanyahu Abbasın adını birbaşa çəkməsə də, deyib ki, “fələstinlilər ekstremizim üçün yox, sülh üçün işləməlidrlər”.

O bildirib ki, “bütün bu bəyanatlar bizi qətiyyən təsirləndirmir”.

Netanyahu deyib ki, İsrail Yerusəlimi bütövlükdə öz paytaxtı saysa da, buradakı bütün dini qrupların hüquqlarını müdafiə etməyə hazırdır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG