Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 15:57

Son günlər havaların qeyri-sabit və yağmurlu keçməsi Kür çayında suyun səviyyəsinin qalxmasına təsir göstərib.

AZƏRTACxəbər verir ki, bu, çayın Salyan və Neftçala rayonları ərazisindən keçən hissəsində daha aydın müşahidə olunur.

Təkcə son 10 gündə suyun səviyyəsi çayın Salyan rayonu ərazisindən keçən hissəsində 1 metrə yaxın, Neftçala rayonunda isə 40 santimetrdən çox qalxıb.

Dövlət agentliyinə açıqlama verən mütəxəssislər bildiriblər ki, suyun indiki səviyyəsi hər iki rayon üçün o qədər də təhlükəli deyil.

Sentyabrın 28-də ölkə ərazisinə güclü yağışlar yağıb. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 18-65, Böyük Qafqazda 3-4, Mərkəzi Aran rayonlarında 3-29, Lənkəran-Astara zonasında 11-39, Kiçik Qafqazda 7-18, Qazax-Gəncə zonasında 2-6, Naxçıvanda 1-7 mm təşkil edib.

Şahdağa qar yağıb. Qar örtüyünün hündürlüyü 1 sm olub.

Bir neçə il əvvəl Kür daşıb ətraf rayonlara ciddi zərər vurmuşdu.

Apardı sular Bakını

Apardı sular Bakını
Gözlə
Embed

No media source currently available

0:00 0:02:22 0:00

Günün bütün mövzuları

XS
SM
MD
LG