Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 10:39

Kürd yaraqlıları və İraq ordusu üz-üzə dayanıb


Iraq orusu peşmərgə mövqelərinə doğru irəliləyir. 14 oktyabr, Kərkük

İraqın şimalını "İslam dövləti" qruplaşmasından təmizləmək üçün birgə vuruşan mərkəzi hökumət qüvvələri ilə kürd peşmərgə dəstələri arasında qarşıdurma güclənir.

İraq hökuməti kürd yaraqlılarına oktyabrın 15-cən vaxt vermişdi ki, "İslam dövləti" qruplaşması ilə döyüşlər zamanı ələ keçirdikləri strateji yüksəklikləri boşaltsınlar.

Amma peşmərgələr hələ də mövqelərdə qalmaqda davam edirlər.

Kürdlərin "müstəqillik referendumu"nun ardınca Kərkükdə gərginlik artır.

Hər iki tərəf ABŞ-ın müttəfiqləridir və ABŞ hərbi məsləhətçilərinin gərginliyi azaltmaq üçün hər iki tərəflə işlədiyi deyilir.

Bu barədə ABŞ-ın müdafiə naziri Jim Mattis bildirib.

Peşmərgə komandirləri deyirlər ki, mövqeləri qorumaq üçün əllərindən gələni edəcəklər və "istənilən qarşıdurmaya hazırdırlar".

Onlar öz bayraqlarını, qarşılarında mövqe tutan İraq ordusu isə İraq bayrağını qaldırıb.

Buna da bax: İran kürdləri 'əmi uşaqları'nın referendumundan həvəslənir

İraq ordusunun zabiti isə Frans Press agentliyinə bildirib ki, onlar hazırda hərəkət etmirlər və mərkəzi hökumətdən tapşırıqlar gözləyirlər.

Kərkük İraqın Kürdüstan vilayətindən kənarda yerləşir, amma 2014-cü ildə İraq ordusu "İslam dövləti" yaraqlılarından qaçanda peşmərgələr Kərkükü qoruya biliblər.

İraqın baş naziri Haider al-Abadi deyib ki, o, ölkənin kürd vətəndaşları ilə "müharibə etməyəcək".

Buna baxmayaraq İraq ordusunun minlərlə əsgəri, xüsusən şiə dəstələri Kərkük ətrafına toplanıb.

Mattis deyib ki, "İslam dövləti" ilə savaş davam etdiyi bir vaxtda "müttəfiqlərin silahı bir-birinə qarşı çevirməsi yolverilməzdir".

İraq hökuməti kürdlərə sentyabrın 25-də keçirilən referenduma görə qəzəblidir.

Həmin referendumda əksər seçicilər müstəqilliyə səs veriblər.

Rəsmi Bağdad referendumun nəticələri ləğv olunmayınca kürd rəhbərləri ilə Kürdüstan muxtar vilayətinin ərazisinin genişləndirilməsi ilə bağlı danışıqlar aparmayacağını bildirib.

Böyük kürd icması olan Türkiyə də referenduma qarşı çıxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG