Keçid linkləri

2017, 25 İyun, bazar, Bakı vaxtı 22:58

Kürdlər Frankfurtda 'anti-Erdoğan Novruz mitinqi' keçiriblər


Frankfurtda mitinq

Martın 18-da Almaniyanın Frankfurt şəhərində kürd və kürdyönlü fəalların anti-Erdoğan mitinqinin ardınca, martın 19-da Ankara Almaniya səfirini Xarici İşlər Nazirliyinə dəvət edib.

Frankfurtdakı mitinqə qatılan 30 min fəal Türkiyə referendumunda prezident Erdoğanın əleyhinə səs verməyə çağırırb.

Xəbər verilir ki, kürdlər rəsmən Novruz bayramına həsr edilmiş bu mitinqdə iştirak etmək üçün Almaniyanın müxtəlif şəhərlərindən gəliblər.

Onlar “Türkiyədə demokratiya” və “referendumda yox” şüarları səsləndirirdilər.

Bir çox mitinqçilərin əllərində Türkiyədə qadağan edilmiş separatçı PKK-nın bayraqları vardı.

Türkiyə hökuməti Almaniyanın bu mitinqə yol verməsini qeyri-məqbul adlandırıb və Berlini “ikiüzlükdə” ittiham edib.

Almaniya və Türkiyə arasında diplomatik toqquşmalar artıq bir həftədən çoxdur ki davam edir.

Buna səbəb Almaniyanın bir sıra şəhərlərində Türkiyə hökumət nazirlərinin “Erdoğana dəstək mitinqləri” keçirməsinə icazə verilməməsidir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG