Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 12:39

Kürdəmir müxalifətçiləri polisə çağırıldıqlarını deyirlər


Foto: arxiv

Bu gün, sentyabrın 20-si Kürdəmir rayonunda bəzi müxalifətçilərin polisə çağırıldıqları bildirilir.

Bu haqda Müsavat Partiyasının Kürdəmir təşkilatının rəhbəri Baha Mikayılov məlumat verib.

Onun sözlərinə görə, polisdən Müsavat və Klassik Xalq Cəbhəsi Partiyalarının (KXCP) rayon təşkilatlarının təmsilçilərinə dəvət gəlib.

“Səhər məni və KXCP-nin yerli təşkilatının sədri Əliyusif Məlikovu polisə çağırdılar. Orada rayon polis şöbəsinin rəis müavini mitinqlə bağlı suallar verdi. Bildirdim ki, mitinqə gedib-getməmək hər kəsin hüququdur. Mitinqlərin qarşısını almaq yox, etirazları dinləmək lazımdır”, Baha Mikayılov bildirib.

Müxalifətçilərin bu açıqlamasına, hələlik, nə Kürdəmir Rayon Polis Şöbəsindən, nə də Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olub.

Demokratik Qüvvələrin Milli Şurası sentyabrın 23-də mitinq keçirməyə qərar verib. Sözü gedən partiyalar keç həmin quruma daxil deyil.

Ötən həftə aksiyanın keçirilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilmişdi.

Sentyabrın 20-də Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Milli Şuranın növbəti mitinqə razılıq verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG