Keçid linkləri

Təcili xəbərlər
2020, 18 Sentyabr, Cümə, Bakı vaxtı 15:09

Güclü külək gözlənilir


Arxiv foto

Martın 24-də Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənir. Lakin səhər və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyinin əsəcəyi, axşama doğru onun arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Depqrtamentinin məlumatına görə, Abşeronda gecə 5-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti proqnozlaşdırılır.
Martın 24-də Azərbaycanın qərb rayonlarından başlayaraq yağış, bəzi yerlərdə qar yağacağı ehtimalı var. Gecə 4-9, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti təxmin edilir.

Nazirlik xəbərdarlıq edir ki, martın 24-ü axşamdan 26-sı səhərədək Bakı və Abşeron yarımadasında şimal-qərb küləyi 15-20, arabir 23-28, yarımadanın bəzi yerlərində isə arabir 30 m/s-yə çata bilər.

Multimedia

XS
SM
MD
LG