İyulun 11-də Kubada kommunist rejiminə qarşı kütləvi etirazlar keçirilib.
Reutersin məlumatına görə, paytaxt Havana və ölkənin digər şəhərlərində küçələrə minlərlə adam çıxıb.
Onlar “rədd olsun dikdatura”, “biz qorxmuruq” kimi şüarlar səsləndirib, prezidentin istefasını və pandemiyaya qarşı daha qəti tədbirlər görülməsini tələb ediblər.
Aksiyaçılar hakimiyyəti ölkə əhalisini koronavirusa qarşı peyvəndlə təmin etməyə, hər gün baş verən elektrik kəsilməsi, ərzaq və dərman qıtlığına son qoymağa çağırıblar.
Reütersin məlumatına görə Havananın küçələrində pulemyotla silahlanmış hərbi maşınlar və güc qurumlarının əməkdaşları gözə dəyib.
Son sutka ərzində ölkədə kovidə, rekord həddə-7 minə yaxın yoluxma halı aşkar edilib.
Agentliklərin məlumatına görə, Kuba bundan əvvəl Rusiya və Çin peyvəndlərindən imtina edib. Ölkə həmçinin beynəlxalq COVAX proqramında da iştirak etmir.
Ötən həftə isə hakimiyyət öz istehsalı olan Abdala 2 peyvəndini təstiqləyib.
Kubada hökumət əleyhinə nümayişlər sonuncu dəfə təxminən 30 il bundan əvvəl keçirilib.
Prezident Migel Dias-Kanel ABŞ-ı, Kubada vəziyyəti qızışdırmaqda ittiham edib.
O, komministləri küçələrə çıxıb inqilabı qorumağa çağırıb.
ABŞ bəyan edib ki, Vaşinqton dinc nümayişçilərə qarşı istənilən zorakılığı ittiham edəcək.