Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Mart, bazar, Bakı vaxtı 09:20

Fidel Kastrodan sonra ilk dəfə Kubaya baş nazir təyin edilib


Havana, Manuel Marrero Cruz, arxiv foto

Kuba parlamenti Manuel Marrero Cruzu baş nazir təyin edib. Bu barədə Tvitterdə Xalq Hakimiyyəti Milli Assambleyası məlumat yayıb. Cruzun namizədliyini bütün 605 deputat yekdilliklə dəstəkləyib.

Manuel Marrero Cruz, sələfi Fidel Kastrodan 43 il sonra Kubanın ilk baş naziri olub. Bundan əvvəl 56 yaşlı Cruz 16 il Kubanın turizm naziri olub. Onun baş nazir postuna namizədliyini prezident Miguel Diaz-Canel irəli sürüb.

1976-cı ildə Fidel Kastro Kubada konstitusiyanasına dəyişiklik edərək prezident və baş nazir vəzifələrini ləğv etmişdi. Dövlət başçısı Dövlət Şurasının sədri idi.

2019-cu ildə Kubada prezident və baş nazir vəzifələrini bərpa edən yeni Konstitusiya qəbul edilib. Oktyabr ayında isə Miguel Diaz-Canel ölkənin prezidenti olub.

XS
SM
MD
LG