Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 09:43

Kreml Rusiyanın Belarusu özünə birləşdirməyəcəyini deyir


Rusiya və Belarus prezidentləri Vladimir Putin (solda) və Alyaksandr Lukaşenka 2015-ci ildə

Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitry Peskov deyib ki, Belarus prezidenti Alyaksandr Lukaşenkanın Moskvaya səfəri zamanı Belarusun Rusiyaya birləşdirilməsinə dair qərarın qəbul ediləcəyi barədə iddialar “cəfəngiyyatdan” başqa bir şey deyil.

Peskov bildirib ki, Moskva görüşü zamanı mövcud Avrasiya İqtisadi İttifaqı, MDB və ittifaq dövləti müqaviləsi çərçivəsində inteqrasiya prosesləri müzakirə olunacaq.

Peskov Lukaşenkanın Moskvaya səfərinin dəqiq vaxtını bildirməyib.

Bəzi media mənbələri bu səfərin sentyabrın 14-də gerçəkləşəcəyini bildirmişdilər.

Belarusda Alyaksandr Lukaşenkanın 6-cı dəfə prezident seçilməsinə qarşı etirazlar artıq bir aydır ki, ara vermir.

Müxalifət avqustun 9-da keçirilmiş prezident seçkisi nəticələrinin saxtalaşdırıldığını iddia edir.

Rusiyadan fərqli olaraq Qərb ölkələri bu seçkinin nəticələrini tanımayıblar.

Lukaşenka iqtisadi inteqrasiya istəyir

Seçki ərəfəsində Lukaşenka Moskvanı kəskin tənqid edirdi. Son aylarda Lukaşenka və Rusiya prezidenti Vladimir Putin arasında münasibətlər soyumuşdu.

Bəzi müşahidəçilər bildirirlər ki, Moskva bu çətin durumda Lukaşenkanın dəstəklənməsi müqabilində Belarusun Rusiyaya daha dərin inteqrasiyasını tələb edə bilər.

Lakin sentyabrın 9-da Rusiya kütləvi informasiya vasitələrinə verdiyi müsahibədə Lukaşenka deyib ki, hazırkı şəraitdə Belarus və Rusiyanın ittifaq dövləti müqaviləsi əsasında intreqrasiyası mümkün deyil.

O bildirib ki, iki ölkə arasında iqtisadi inteqrasiyaya ehtiyac var, lakin bu inteqrasiya bərabərhüquqlu mahiyyət daşımalıdır.

Hər şeyi “amerikalıların” boynuna qoymaq

Lukaşenka bu müsahibədə deyib ki, Belarusdakı etiraz aksiyalarına “hansısa güclü xarici qüvvələr” rəhbərlik edir.

O söhbət zamanı “amerikalıların” adını çəkirdi:

“Aksiyalar xaricdən idarə olunur. Rəhbərliyi Telegram kanallar vasitəsilə Varşava yaxınlığındakı mərkəzdən amerikalılar həyata keçirirlər. İkinci mərkəz Çexiyadadır. Sonra Litva gəlir. Ukraynada Belarusa təsir göstərmək üçün dayaq məntəqələri yaradılır”.

Lukaşenkanın sözlərinə görə mərkəz Varşavada yerləşsə də, Polşa hakimiyyət orqanlarının bu proseslə heç bir bağlılığı yoxdur.

Lukaşenka bundan əvvəl Navalny-nın zəhərlənməsinin “saxtalaşdırılmasına” dair guya Berlin və Varşava arasında gedən söhbətin lent yazısı məsələsinə də toxunub.

Belarusun informasiya vasitələri “bu söhbətin mətnini” dərc edib.

O bildirib ki, bu amerikalıların apardıqları danışıqların yalnız bir hissəsidir və söhbətin tam yazısı Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikova verilib.

Rusiyada bir çox şərhçilər bu söhbətin həqiqi olduğuna şübhə bildiriblər.

Onlar deyirlər ki, “Mike və Nick” arasında gedən bu söhbət qeyri-təbii və hətta komik səslənir.

Lukaşenka vurğulayıb ki, Belarusun sabitsizləşdirilməsi xarici qüvvələrin əsas məqsədi deyil. Onun sözlərinə görə əsas məqsəd Rusiyanın hədəflənməsidir.

Lukaşenka iddia edib ki, o, etirazları yatırmaqla Rusiyanı xarici təcavüzdən müdafiə edib.

Lukashenka-dan xəbərdarlıq: 'Etirazlar Rusiyaya keçə bilər'
Gözlə

No media source currently available

0:00 0:02:06 0:00

“Rusiyalı jurnalistlərin döyülməsini unudaq...”

Lukaşenka prezident seçkisi ərəfəsində ölkədə saxlanmış 33 Rusiya muzdlusu ilə bağlı məsələyə də toxunub və deyib ki, onların Belarusa niyə gəldikləri indiyədək məlum deyil.

O ehtimal etdiyini bildirib ki, muzdlular qalmaqalı “amerikalıların” diqtəsi ilə Ukrayna tərəfindən də yaradıla bilərdi.

Lukaşenka deyib ki, amerikalılar Ukrayna prezidenti Volodimir Zelenskiyə güclü təsir göstərirlər.

Amma Rusiya jurnalistlərinin Minskdə etirazların ilk günlərində saxlanması və döyülməsi ilə bağlı suala cavab verərkən Lukaşenka “bu səhifəni unutmağı” təklif edib.

Belarusda Lukaşenkaya qarşı kütləvi etirazlar artıq bir aydır ki, davam edir.

Nümayişçilər seçki saxtakarlığına və polis zorakılığına etiraz edirlər.

Belarus müxalifətinin təşkil etdiyi Koordinasiya Şurasının Nobel mükafatı laureatı, yazıçı Svetlana Aleksiyeviçdən başqa bütün üzvləri ya saxlanıb, ya da ölkədən xaric ediliblər.

XS
SM
MD
LG