Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 04:59

'Kreml ssenarisi'


Ermitaj muzeyində ikibaşlı qartal gerbi
Ermitaj muzeyində ikibaşlı qartal gerbi

Bütöv bir ölkəni, yaxud hətta bir qrup ölkəni oğurlamaq mümkündürmü? Əgər oradakı ictimai fikri emal etsək, aparıcı siyasətçiləri satın alsaq, yaxud qorxutsaq, iri iş adamlarını xarici dövlətin agentlərinə çevirsək, özü də bu zaman banal korrupsiyadan tutmuş, incə piara qədər hər cür üsuldan yararlansaq, bu, tamamilə mümkündür.

Bəs görəsən, Kreml bəzi Şərqi Avropa ölkələrini "oğurlamaq"dan ötrü hansı "Troya atlarından" istifadə edir? Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi (CSIS) və Sofiyadakı Demokratiyanı Öyrənmə Mərkəzinin tədqiqatçıları bu suala cavab tapmağa çalışırlar. Onların araşdırmasının nəticələri bu yaxınlarda çıxmış "Kreml ssenarisi" ("The Kremlin Playbook") kitabında dərc olunub. Bu, bəlkə də, Moskvanın Şərqi Avropa ilə bağlı strategiyasının son illərdəki ən hərtərəfli təhlilidir.

Buna da bax:​ 'Türkiyə AB-Azərbaycan münasibətlərinə təsir göstərə bilər'

MÜKAFAT

Bolqarıstanda yeni "Belene" atom reaktorunun tikinti layihəsinin rusiyalı podratçısı qiyməti 4 milyard avrodan 6,3 milyard avroya qaldırıb. O bildirib ki, buna səbəb xərclərin inflyasiyaya görə yüksəlməsidir. Amma Rusiyanın bu layihə ilə bağlı ona dost münasibəti bəsləyən yerli strukturları "mükafatlandırması" barədə məlumatlar peyda olub.

Əldə olan bilgiyə görə, Rusiya Serbiyada "Cənub axını" layihəsinə dair müqavilənin qarantı kimi parlamentin üzvü və rusiyayönlü Serb Sosialist Partiyasının sədr müavini, "Serbiyaqaz"şirkətinin direktoru Dushan Bayatovichə güvənirmiş.

Macarıstandakı "Paksh-2" atom layihəsi 12,5 milyard avro dəyərində qiymətləndirilir. Bu, Macarıstanın illik ÜDM-nin 12%-i deməkdir. Layihə, demək olar ki, tamamilə Rusiyanın krediti hesabına maliyyələşdirilir. Rusiya tərəfinin bu kontraktı necə əldə etməsi bəlli deyil. Sövdələşmə tam məxfilik şəraitində baş tutub. Macarıstan parlamenti "Pakş-2" barədə bilginin xeyli hissəsinin 30 il müddətinə məxfi saxlanmasına dair qanun qəbul edib.

Buna da bax: 'Dost olmayan ölkəni ən azı neytrallaşdırmaq' cəhdi

“İNFEKSİYALAŞMIŞ” DEMOKRATİYA

Latviyada 2015-ci ilin aprelində iki iri biznesmen (onlardan biri keçmiş baş nazir, digəri isə keçmiş nəqliyyat naziridir) ailəsinin strateji sövdələşmə ilə bağlılığı ortaya çıxdı. Bu sövdələşmə nəticəsində "Rusiya dəmir yolları" holdinqinə daxil olan "RZD Logistics" şirkəti "Liyepay neft nəqliyyatı şirkəti"nin səhmlərinin 50%-ni əldə edib. Sövdələşmə çox sayda ofşor şirkəti ehtiva edən qeyri-şəffaf şəbəkə vasitəsilə gerçəkləşdirilib.

"The Kremlin Playbook" kitabının müəllifləri bənzər misallara dayanaraq Moskvanın Şərqi Avropadakı strategiasının ümumi sxemini təxminən belə təsvir edir: «İqtisadiyyatın strateji sektorları (energetika, maliyyə, media bazarı, infrastruktur) tədricən Rusiyanın təsiri altına düşür. ...Korrupsiya və inhisarçılıqla mübarizə aparmalı olan strukturlar gözdən salınır və fəaliyyət göstərə bilmir. "Yoluxdurulmuş" demokratiya yaranır. Bu isə Kremlə öz siyasi təsir dairəsini genişləndirmək imkanı verir. “Yoluxdurulmuş” demokratiya dirəşməyə cəhd edincə ölkə rəhbərliyi ilə bağlı çoxsaylı korrupsiya kompromatları ictimaiyyətə göstərilir. Kremldən ötrü bu müvəqqəti siyasi məğlubiyyət ola bilər, ancaq o, üstünlük də qazanır: cəmiyyətin meynstrim demokratik institutlar və siyasi partiyalara inamı aşınır», kitabda oxuyuruq.

Buna da bax:​ Su altında qalan milyonlar

Bəs bütün bu manipulyasiyaların yekun məqsədi nədir? Təhlilin müəllifləri hesab edirlər ki, Rusiya hakim dairələri "özlərinin alternativ qeyri-liberal "idarəolunan" demokratiya modelini təklif etməyə", NATO və Avropa Birliyinin sabitliyini pozmağa can atırlar. "Bu məqsədə çatandan sonra Avropada təhlükəsizliyin yeni arxitekturasını gerçəkləşdirməyə başlamaq olar".

ZƏİF VƏ HƏSSAS ÖLKƏLƏR

Təhlilin müəlliflərindən biri, Sofiya Demokratiyanı Öyrənmə Mərkəzinin iqtisadi proqramlar üzrə direktoru Ruslan Stefanov hesab edir ki, Baltik ölkələri, Polşa və Çexiya istisna olmaqla, Mərkəzi və Şərqi Avropa ölkələrinin xüsusi xidmətləri və hökumətləri Rusiyanı və onun fəaliyyətini öz təhlükəsizliklərinə hədə kimi görmürlər.

O deyir ki, Rusiyanın Mərkəzi və Şərqi Avropada iştirakdan çəkilməyib, sadəcə, son onillikdə qatqısını kəskin artıb. Stefanovun sözlərinə görə, Rusiyanın son zamanlar NATO və Aİ-nı gözdən salmağa çalışması və "Qazprom"un mövqelərini fəal müdafiə etməsi bunu deməyə əsas verir.

Buna da bax: ​Korrupsiya ilə mübarizədə 'Sizif” əməyi'...

Tədqiqatçının sözlərinə görə, araşdırmanın əhatələdiyi ölkələrdən Bolqarıstan, Serbiya və Latviya Rusiya kapitalının bu ölkələrə nüfuzu və Rusiyanın Avropada yürütdüyü siyasət kontekstində daha zəif və həssas görünür. O deyir ki, bu baxımdan, Slovakiya və Macarıstanın da çoxlu problemi var. Bəlli olub ki, Macarıstan və Bolqarıstanda gerçəkləşdirilən atom layihələri nəticəsində bu ölkələr həmin layihələrin və öz rusiyalı partnyorlarının əlində girova çevrilirlər. Bu, sadəcə, iqtisadi sövdələşmələr deyil. Onların nəticəsində energetika sektorunun inhisarlaşdırılması və onun tamamilə Rusiyanın maraqlarına tabe etdirilməsi cəhdləri meydana çıxır. Bu isə həmin ölkələrdə korrupsiya amilini fəallaşdırır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG