Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:03

'Türkiyə AB-Azərbaycan münasibətlərinə təsir göstərə bilər'


«Cənub Axını»

«Cənub Axını»

Karneqi Fondunun saytında Severin Fischer kəmərlərin ölkələr arasında yaratdığı asılılıqdan söz açır. Məsələn, ya Avropanın Rusiya qazından asılılığını bitirmək məqsədilə Cənub Qaz Dəhlizini (əvvəlki «Nabucco») dəstəkləyirsən - bu kəmər Xəzər dənizindən, Orta Asiyadan və Yaxın Şərq regionundan qazı Avropaya çatdırmağı hədəfləyir - ya da ki, Kremlin Şimal-Cənub enerji tələsinə düşürsən.

AB-NİN QAZ İSTEHLAKININ 3 FAİZİ

Müəllif yazır ki, bu gün tranzit ölkələr, sadəcə, asılı xidmət provayderləri deyil, onlar təchizatçı kimi bazardakı paya ciddi təsir göstərə bilərlər. Yaxud daha yüksək tranzit haqqı qoparmağa çalışırlar. Məsələn, Ukrayna tranzit ölkə kimi buna yaxşı misaldır. Alternativ təchizat xətti olmadığından, Ukrayna Rusiya qazının Avropa bazarındakı payını müəyyənləşdirə bilər. Axı Rusiya qaz ixracının 60%-i Ukrayna ərazisindən Avropa Birliyinə gedir.

Əvvəlki «Nabucco», indi isə Cənubi Qaz Dəhlizi layihəsi olan Trans-Anadolu (TANAP) kəməri Avropa enerji təhlükəsizliyində iki istiqamət yaradacaq. Birincisi, ilk dəfə olaraq, Azərbaycan qazı 2019-cu ilədək Avropa bazarlarına çatacaq. İkincisi, Türkiyə Avropanın qaz idxalında tranzit ölkə mövqeyi əldə edəcək. Düzdür, Türkiyənin payı elə də böyük olmayacaq, belə ki, Avropa bazarına ildə 10 milyard kubmetr qaz göndərəcək ki, bu da 2014-cü ildə AB-nin qaz istehlakının cəmi 2-3 faizi edir. Amma...

Buna da bax-Azərbaycan 7 milyard dollar axtarır

TRANZİT ROLUNUN TƏHLÜKƏSİ

Türkiyə-Rusiya gərginliyinin aradan qaldırılması «Türk Axını» kəmərinin tikintisini yenidən gündəmə gətirib. Bu kəmər əsasən türk bazarını təmin edəcək, ancaq AB bazarına nəzərdə tutulmuş qazı türk-yunan sərhədinə gətirə bilər. Bundan başqa, Kiprin cənubunda, şərqi Aralıq Dənizində qaz tədqiqatları kommersiya və texniki baxımdan məqsədəuyğun sayılsa, yenə də Türkiyə bazarına kəmər çəkilə, sonradan qaz təkrarən Cənub-Şərqi Avropaya ixrac oluna bilər.

«Bəzi təhlilçilər bütün bunları pozitivcəsinə, Türkiyə Qaz Qovşağının yaranması kimi qələmə verirlər. Ancaq eyni zamanda, Türkiyənin Cənub-Şərqi Avropanın qaz təchizatında böyük tranzit ölkə kimi rolu artır. Bunun mümkün təhlükəsizlik tərəfləri barədə elə də çox danışmırlar», - müəllif yazır.

«Türkiyənin tranzit dəhlizi rolunun güclənməsinin iki başı var. Birincisi, Azərbaycanın AB ilə gələcək münasibətləri Ankaranın qaz nəqlindəki araçı rolunun güclü təsiri altına düşəcək. İkincisi, Türkiyə AB-Rusiya qaz münasibətlərində də önəmli mövqe qazanacaq, kiçik də olsa, Ukraynanın bugünkü mövqeyi ilə müqayisə oluna bilər», - yazıda vurğulanır.

Buna da bax-Çavuşoğlu 'Türk axını'nın TANAP-a qoşulmasını təklif edir

«TÜRKİYƏNİ UZAQ TUTUN»

Müəllif yazır ki, Avropa bazarına daxil olacaq Azərbaycan, yaxud Rusiya qazının həcminə Türkiyənin mümkün təsiri indiki siyasi durumda təhlükəli görünür. Türkiyə hökuməti, öncə etdiyi kimi, qaçqınlar, viza qaydalarının yüngülləşdirilməsi, maliyyə transferləri məsələlərini buraya bağlaya bilər. Bu səbəbdən müəllif hesab edir ki, Rusiya və Avropanın maraqlarından ötrü Türkiyəni gələcəkdə ikitərəfli enerji münasibətlərindən uzaq tutmaq gərəkir.

Amma hazırda əks ssenari mümkün görünür. Belə ki, «Cənub Axını» layihəsi ertələnənincə, Rusiya AB Komissiyasının Cənub-Şərqi Avropanın qaz təchizatı məsələsini «siyasi motivlərlə» tənzimlənməsinə baş qoşmağa meyl göstərməyib. AB-də çox az siyasətçi məsələni yenidən gündəmə gətirməyə çalışıb. «Bununla problem həllini tapmayıb, belə ki, müxtəlif qaz təchizatçıları arasında rəqabət, eləcə də AB bazarına çıxışa nəzarət gələcəkdə Türkiyə hakimiyyətinin əlinə keçə bilər».

Müəllif yazır ki, Qara Dənizdən birbaşa çəkiləsi Rusiya-AB kəmərinin kiçik versiyası yenidən gündəmə gəlməlidir, bu kəmər Türkiyəni çıxdaş etməlidir. Avropa və Rusiya payçılara buna ciddi yanaşmalıdır. Bir şərtlə ki, tənzimləyici nəzarət AB ərazisində qalsın.

Günün bütün mövzuları

XS
SM
MD
LG