Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 17:47

Çavuşoğlu “Türk axını”nın TANAP-a qoşulmasını təklif edir


Mevlut Cavusoglu

Mevlut Cavusoglu

Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu “Türk axını” kəmərinin TANAP kəmərinə qoşulmasını təklif edib.

Bu barədə "TRT Haber" kanalı məlumat yayıb.

Qeyd edək ki, TANAP kəməri ilə 2020-ci ildən Avropaya Azərbaycan qazı nəqli edilməlidir.

Nazirin sözlərinə görə, Ankara “Türk axını” layihəsi ilə daxili ehtiyac üçün yalnız 16 milyard kib metr qaz alacaq.

Qalan Rusiya qazını isə TANAP vasitəsi ilə ixrac edə bilər.

Çavuşoğlu TANAP-ın Rusiya üçün prioritet layihə olduğunu vurğulayıb.

Bu kəmərlə Azərbaycan qazının 2018-ci ildə ilkin olaraq Türkiyəyə, 2020-ci ildən isə Avropaya nəqli nəzərdə tutulur.

XS
SM
MD
LG