Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:27

Ə.Həsənov: 'İnzibati cəzalar problemin həlli deyil'


Əkrəm Həsənov
Əkrəm Həsənov

Bank üzrə ekspert Əkrəm Həsənov son günlər bəzi şəxslərin banka kredit borcuna görə inzibati qaydada cəzalandırılmasına münasibət bildirib.

O, AzadlıqRadiosuna deyib ki, 2016-cı ildə də bir neçə şəxs banka borca görə inzibati qaydada həbs edilmişdi: «İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsini əsas tutaraq belə inzibati həbsləri icra edirlər. Bu maddə isə «məhkəmə qərarını üzrsüz olaraq icradan yayınma» adlanır. Amma vətəndaşın borcu ödəmək imkanı yoxsa və ya gəliri minimum yaşayış tələbinə cavab vermirsə, bunun özü üzrsüz yox, üzrlü haldır».

***Buna da bax-Doğrudanmı Azərbaycan istəsə, xarici borcunu bir həftəyə qaytarar? [video]

Ə.Həsənov deyir ki, məhkəmələr bunu özbaşına etmirlər. Banklar məhkəmələrə təqdimat verir, nəticədə bu inzibati cəzalar tətbiq edilir: «On minlərlə vətəndaş var ki, banklara borc ödəmək gücündə deyil. Həbs etməklə problem həllini tapmır. Bundan ötrü problemin həlli yolu tapılmalıdır. Amma bu həll yolu inzibati cəzalardan keçmir».

Martın 27-də Xaçmaz rayon Məhkəməsinin qərarı ilə Müsavat fəalı Bəxtiyar Əmrahov bank borcuna görə 10 sutka inzibati cəza alıb.

Müsavat Partiyasından AzadlıqRadiosuna deyiblər ki, B.Əmrahov devalvasiyadan öncə 4 min dollar kredit götürüb. Bundan cəmi 900 dollar borcu qalıb: «İndi isə devalvasiyadan sonrakı məzənnə ilə hesablayaraq adamın borcunu 2000 dollara çıxarıblar. Buna qalsa, ölkədə milyonlarla adamın banklara 3 milyard dollara yaxın borcu var. Onda gərək hamını həbs edələr»,- deyə Müsavat başqanının müavini Elman Fəttah deyib.

Məsələyə, hələlik, Xaçmaz rayon Məhkəməsinin mövqeyini öyrənmək mümkün olmayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG