Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyul, çərşənbə, Bakı vaxtı 01:29

Postsovet məkanında KQB arxivləri necə açılır


Kiyevdə KQB arxivi

Bəzi keçmiş SSRİ respublikalarında KQB arxivlərini tədricən açmağa başlayırlar. Məsələn, Ukraynada artıq hər kəs həm özünün, həm də başqalarının repressiya olunmuş əcdadları haqqında hər şeyi öyrənə bilər. Bu günə qədər 5 minədək iş araşdırılıb.

CurrentTime.TV keçmiş SSRİ respublikalarında arxivlərin necə açıldığı barədə material hazırlayıb.

Arxivləri daşiyib məhv ediblər

Ukraynada KQB arxivləri 2014-cü ilin əvvəlində açılıb. Söhbət ümumilikdə 4 milyondan yuxarı işdən gedir. Onların hərəsi təqribən 250 səhifədən ibarətdir. Bu materiallara çıxış əldə etmək tələbləri minimaldır – sorğu formasında haqqında məlumat axtardığınız şəxsin adını qeyd etməyiniz kifayətdir. İnsanlar bu arxivlərə çox böyük maraq göstərirlər: 2016-cı ildə müraciətlərin sayı 138% artıb. Ancaq heç də hamı burada həqiqəti tapmağa nail olmur. 80-ci illərin sonlarına yaxınlaşdıqca, saxlanmış sənədlərin sayı azalır. O zaman sənədləri KQB-nin ehtiyat arxivlərindən daşıyaraq məhv edirdilər. Sonuncu belə təmizləmə SSRİ-nin süqutu ərəfəsində, 1990-cı ildə baş verib. SSRİ KQB-sinin 00150 saylı əmrində 60-80-ci illərin ziyalıları və fərqli düşünənlərinə dair sənədlərin ləğv edilməsi haqda göstəriş vardı. Buna baxmayaraq, Çernobıl qəzası, Qolodomor sükutu və minlərlə sındırılmış tale haqqında gizli sənədlər artıq hamıya açıqdır.

Litva KQB sənədlərini 2011-ci ildən açmağa başlayıb. Məsələn, bu ilin oktyabrında Litva sakinlərinin soyqırımı və müqavimət araşdırma mərkəzi sovet xüsusi xidmətləri əməkdaşlarının casus məlumatlarını açıqlayıb. Tapşırıqların yerinə yetirilməsi haqda hesabatlar əllə yazılır, imzada isə yalnız ləqəb göstərilirdi. Litvada keçmiş çekistlərin əsl adlarına hörmətlə yanaşılır. Bu ilin sentyabrında Litva Seymi səs çoxluğu ilə onların adlarının açıqlanmasından imtina edib və bu məlumatın daha 75 illiyə gizli saxlanması haqda qərar qəbul edib. Hərçənd, SSRİ KQB-sinin keçmiş əməkdaşlarının əksəriyyəti çoxdan hər şeyi etiraf edib. Ümumilikdə, Litvada 100 mindən artıq adam sovet dövlət təhlükəsizlik orqanları ilə əməkdaşlıq edib.

Latviyada 2013-cü ildə KQB arxivlərinin açılması üçün imza toplanırdı. Bu ona gətirib çıxardı ki, 2015-ci ildə prezident Raymonds Veyonis Latviya SSR-in keçmiş Dövlət təhlükəsizlik komitəsinin sənədlərinin öyrənilməsi üzrə komissiya yaratdı. Komissiyanın qarşısında duran vəzifə KQB-nin respublika ərazisindəki fəaliyyətinə qiymət vermək idi. Araşdırmanın nəticələri 2018-ci il mayın 31-də dərc edilməlidir. Bundan sonra arxivin açılması haqda qərar qəbul ediləcək.

KQB generalı Heydər Əliyev
KQB generalı Heydər Əliyev

Rusiya və Azərbaycanda

Digər keçmiş sovet respublikalarında bütün KQB arxivləri gizli qalmaqdadır.

Nə zamansa milisin, KQB-nin diqqətini cəlb etmiş bütün keçmiş SSRİ vətəndaşları haqda ən dolğun məlumatsa Moskvada, Rusiya Daxili İşlər Nazirliyinin Baş analitik-informasiya mərkəzində saxlanılır. Bütün məlumatlar gizlidir. Ancaq burada da istisnalara yol verilir. Məsələn, bu ilin fevralında FSB (Federal Təhlükəsizlik Xidməti) UPA-nın (Ukrayna Üsyan Ordusu) – Ukrayna millətçiləri və onların polis batalyonlarının 1943-1951-ci illərdə Belarus ərazisində törətdikləri cinayətlərə dair arxivləri açıb.

2014-cü ilin martında isə içərisində «Rusiya üçün həssas məlumatlar» olan sənədlərin gizlilik müddəti 2044-cü ilədək uzadılıb. Bununla bağlı 23 bənddən ibarət meyarlar siyahısı isə VÇK - NKVD - KQB-yə aid istənilən sənədi daha 27 il ərzində gizli saxlamağa imkan verir.

Azərbaycanda 1992-ci ilin mayında demokratik qüvvələrin (AXC) hakimiyyətə gəlməsindən sonra KQB arxivlərinin açılması tələbləri səsləndirilsə də, bununla bağlı hər hansı bir ciddi addım atılmayıb. 1993-cü ilin iyununda prezident Əbülfəz Elçibəyin hakimiyyətinə faktiki son qoyulduqdan sonra bu məsələ, demək olar ki, heç vaxt gündəmə gətirilməyib.

Tomas De Vaal özünün «Qara bağ» kitabında yazır: «Azərbaycanın problemi onda idi ki, hətta KQB də daxili hakimiyyət mübarizəsində iştirak edən fraksiyalara parçalanmışdı».

Kitabda həmçinin, 18 yaşında NKVD (Stalin rejiminin gizli polisi) leytenantı olmuş Heydər Əliyevin sonradan Azərbaycanda hakimiyyətə gəlməsinə diqqət çəkilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG