Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:09

Kosovo prezidentinə qarşı hərbi cinayət ittihamı elan edildi


Hashim Thaci
Hashim Thaci

Kosovonun baş naziri Serbiya prezidenti ilə danışıqları təxirə salır

Kosovonun Baş naziri Avdullah Hoti Serbiya Prezidenti Aleksandar Vucic-lə ABŞ-ın vasitəçiliyi ilə planlaşdırılan danışıqlarda iştirak etməyəcək. Danışıqlar iyunun 27-də Ağ evdə keçirilməliydi.

Bundan bir gün öncə Haaqadakı xüsusi prokuror Kosovo prezidenti Hashim Thaci, Kosovo parlamentinin keçmiş sədri Kadri Veseli, və “başqalarına” qarşı 1998-1999-cu illərdəki etnik münaqişə zamanı törədilmiş hərbi cinayətlərə və insanlığa qarşı cinayətlərə dair ittiham irəli sürüb.

Hoti iyunun 25-də Brüsseldən yazdığı tvitində bildirib ki, “vəziyyətlə məşğul olmaq üçün ölkəsinə qayıtmalıdır”. Onun Avropa Birliyi rəsmiləri ilə danışıqları planlaşdırılırdı.

Hoti və Thaci Belqradla Priştinanın münasibətlərinin normallaşdırılması üzrə danışıqlara qatılacaqdı. Thaci-nin idarəsi də prezidentin iyunun 24-də ABŞ-a səfərini yarımçıq kəsərək iyunun 25-də ölkəsinə qayıdacağını açıqlayıb.

AzadlıqRadiosunun (REF/RL) Balkan xidməti Hoti-nin iyunun 25-də Brüsseldə bir sıra görüşlər keçirəcəyini xəbər verir.

Hoti-nin danışıqlara qatılmamasına Vaşinqton, hələlik, münasibət bildirməyib.

***

Haaqadakı xüsusi prokuror Kosovo prezidenti Hashim Thaci, Kosovo parlamentinin keçmiş sədri Kadri Veseli, və “başqalarına” qarşı 1998-1999-cu illərdəki etnik münaqişə zamanı törədilmiş hərbi cinayətlərə və insanlığa qarşı cinayətlərə dair ittiham irəli sürüb.

Kosovo münaqişəsi üzrə xüsusi prokurorluğun 24 iyun tarixli bəyanatında deyilir ki, sözü gedən şübhəlilər “100-dək qətlə, habelə adamların yoxa çıxması, təqib olunması və onlara işgəncələr verilməsinə görə cinayət məsuliyyəti” daşıyırlar.

Prokurorluğun ittihamnaməsində qeyd olunur ki, 100-dək qurban Kosovo albanları, serblər, qaraçılar, başqa etnik azlıqların nümayəndələri və siyasi opponentlərdir.

Thaci və Veseli 1998-1999-cu illərdə Belqradın təhlükəsizlik qüvvələrinə qarşı döyüşən Kosovo Azadlıq Ordusunun komandanları idilər. Bu ordu etnik albanlardan ibarət idi.

Veseli hazırda Kosovo Demokratik Partiyasının lideri, millər vəkilidir.

Onların hər ikisi hərbi cinayət törətdiklərinə dair ittihamları rədd edir.

Xüsusi prokurorluğun bəyanatından sonra Thaci-nin ofisindən bildiriblər ki, o Birləşmiş Ştatlara səfərini yarımçıq kəsib və iyunun 25-də Kosovaya qayıdacaq.

Kosova prezidenti iyunun 27-də Ağ Evdə Serbiya prezidenti Aleksandar Vucic-lə görüşərək iki tərəf arasında münasibətlərin normallaşdırılması yollarını müzakirə etməli idi.

Son söz hakimindir

10 ittihamdan ibarət ittihamnamə aprelin 24-də Haaqadakı Kosovo Xüsusi Palatasına verilmişdi, lakin prokuror bu barədə açıqlamanı iki aylıq fasilədən sonra bəyan edib.

Prokurorlar bildirirlər ki, ittihamlar “uzun sürən təhqiqatın nəticəsində irəli sürülüb və onları hər hansı şübhə qalmadan tamamilə isbat etmək mümkün olacaq”.

Hazırda ittihamları xüsusi palatanın hakimi nəzərdən keçirir və onları təsdiq edib-etməmək barədə qərar verməlidir.

Prokuror habelə Thaci və Veselini “dəfələrlə tribunalın işinə maneə yaratmaqda” ittiham edib.

Kosovo tribunalı bu etnik münaqişə zamanı törədilmiş cinayətlərin araşdırılması məqsədilə 2015-ci ildə yaradılıb.

Avropa İttifaqının sözçüsü deyib ki, ittifaq Kosovo üzrə xüsusi prokurorluğun və palatanın qərarlarını şərh etmir, amma onların fəaliyyətini dəstəkləyir.

Sözçü bildirib ki, bu qurumlar işlərini kənardan heç bir müdaxilə olmadan müstəqil şəkildə davam etdirməlidirlər.

This image contains sensitive content which some people may find offensive or disturbing.
Serbiyanın T-54 tankları Kosovo üzərinə hücuma hazırlaşır (1998-ci il)
Serbiyanın T-54 tankları Kosovo üzərinə hücuma hazırlaşır (1998-ci il)
This image contains sensitive content which some people may find offensive or disturbing - Click to reveal
Serbiyanın T-54 tankları Kosovo üzərinə hücuma hazırlaşır (1998-ci il)

Tarixi ekskurs

Kosovo 1998-1999-cu ildə vilayət əhalisinin əksəriyyətini təşkil edən etnik albanların qiyamınadək Serbiyanın bir hissəsi idi.

Serbiya bu qiyama çox sərt şəkildə hərbi güclə cavab vermişdi.

Lakin bunun ardınca NATO 78 gün ərzində serblərin mövqelərini bombardman etmiş və münaqişəyə son qoymuşdu.

Bu münaqişədə 10 mindən çox ölən olub və 1600 nəfər bugünədək itkin sayılır.

Serbiyanın Kosova vilayəti müstəqilliyini 2008-ci ildə elan edib. Rusiya, Serbiya və Avropa İttifaqının bir neçə ölkəsi Kosovonun müstəqilliyini tanımaqdan imtina edir.

Kosovonu tanımaqdan habelə İspaniya, Slovakiya, Kipr, Rumıniya və Yunanıstan da imtina edirlər.

Azərbaycan, Gürcüstan və Ermənistan da Kosovonun müstəqilliyini tanımayan ölkələrin sırasındadırlar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG