Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:18

Kosovo baş nazirinin ABŞ-a viza ala bilmədiyi xəbər verilir


Kosovonun baş naziri Ramush Haradinaj
Kosovonun baş naziri Ramush Haradinaj

Ayova ştatı Milli Qvardiyasınının sözçüsü deyib ki, Kosovonun baş naziri Ramush Haradinaj bu ştata bu həftə üçün planlaşdırılmış səfərini ləğv edib. Buna səbəb baş nazirin ABŞ vizası ala bilməməsi olub.

Milli Qvardiyanın sözçüsü, polkovnik Greg Hapgood yanvarın 8-də AzadlıqRadiosuna deyib ki, qvardiya komandanı general-mayor Tim Orr kosovolu Haradinaj-ı yanvarın 11-də keçiriləcək tədbirə dəvət etmişdi.

Hapgood deyib ki, Kosovo baş nazirinin bu tədbirdə iştirak edə bilməməsi “təəssüf doğurur”.

Sözçü bunu da əlavə edib ki, haqqında söhbət gedən tədbirdə Kosovo baş nazirinin müavini Behgjet Pacolli iştirak edəcək.

Haradinaj-ın ofisindəki rəsmilər onun ABŞ-a səfərinin ləğv olunduğu barədə məlumatı təsdiqləyə bilməyiblər.

Priştinadakı yerli media yanvarın 7-də Haradinaj-a ABŞ vizasının verilməsindən imtina edildiyini yazırdı.

Bu arada Kosovo baş naziri özünün Facebook səhifəsində yazıb ki, o “hələ də vizasını gözləyir”.

Kosovo və Birləşmiş Ştatlar arasında ənənəvi yaxşı olan münasibətlər son vaxtlar Kosovonun hərbi cinayətlər məhkəməsini ləğv etmək cəhdlərinə görə pisləşib. Bu yeni tribunal etnik albanlardan olan keçmiş silahlıların mühakiməsi üçün yaradılıb.

Dekabrın 22-də onlarca Kosovo millət vəkili tribunalın işə başlamasını nəzərdə tutan qanunun ləğv edilməsi üçün uğursuz cəhd göstərib. Bundan əvvəl Kosovo müharibə veteranları bu məhkəmənin qərəzli olduğunu iddia edən petisiya təqdim ediblər.

ABŞ-ın Priştinadakı səfirliyi dekabrın 29-da bəyan edib ki, tribunalın ləğv edilməsinə bundan sonra da cıəhdlər göstərilməsi Kosovonun Avropa gələcəyi və Birləşmiş Ştatlarla münasibətləri üçün mənfi nəticələrə səbəb ola bilər.

Haaqada yerləşən bu məhkəmə 1998-1999-cu illərdə Serbiya ordusuna qarşı döyüşən Kosovo Azadlıq Ordusunun hərbi cinayətlərdə ittiham edilən rütbəlilərinin mühakiməsi üçün yaradılıb.

Haradinaj-ın özü də silahlı komandir kimi Kosovonun Serbiyadan müstəqilliyi uğrunda döyüşüb.

O indiyədək Serbiyanın orderi ilə 2015-ci ildə Sloveniyada, 2017-ci ildə isə Fransada həbs edilib, lakin hər iki halda sərbəst buraxılıb.

Habelə hərbi cinayətlərdə ittiham olunan Haradinaj iki dəfə mühakimə edildikdən sonra Haaqadakı BMT məhkəməsi tərəfindən bəraət alıb.

1998-1999-cu ilin müharibəsində kosovoluların Serbiya qüvvələrini bölgədən çıxarması NATO-nun hava zərbələrinin dəstəyi ilə mümkün olub.

Qərb tərəfindən dəstəklənən Kosovo Serbiyadan müstəqilliyini 2008-ci ildə elan edib. Kosovo dövləti 115 ölkə tərəfindən tanınıb. Bunların arasında Serbiya və Rusiya yoxdur.

Mərkəz-sağçı Kosovonun Gələcəyi Alyansının lideri Haradinaj baş nazirliyiə sentyabr ayında təyin edilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG