Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:07

Dövlət Departamenti Azərbaycanla bağlı koronovirus xəbərdarlığını artırıb


ABŞ Dövlət Departamenti Azərbaycan və Türkmənistanla bağlı xəbərdarlıq dərəcəsini artırıb.

Səbəb qlobal koronovirus böhranı və bu iki ölkənin virusun geniş yayıldığı İranla əlaqələridir.

Bu barədə qərar martın 6-da verilib,həyacan dərəcəsi 3 -ə qaldırılıb, bu da ən yüksək həyacandan bir dərəcə aşağıdır.

Dövlət Departamenti öz bəyanatında deyir ki, amerikalılar Azərbaycana səfər etmək qərarını nəzərdən keçirsinlər, bu zaman İrandan yayılan virusun əhəmiyyətli dərəcədə artmasını və Azərbaycan hökumətinin necə davranmasını nəzərə alsınlar:

"Azərbaycanda tibbi xidmət ABŞ standartlarına uyğun gəlmir. Bəzi yerlərdə sadə tibbi ləvazimatlar tapılmaya bilər. Amerikalılar səfərdən əvvəl bu amilləri və öz sağlamlıq durumlarını nəzərə alsınlar".

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG