Karantində saxlananlar narazılıq edir
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında karantində saxlananların bəzilərinin narazılıq etdiyi bildirilib. Bu barədə karantində saxlanan jurnalist Nigar Mübarizə istinadən məlumat yayılıb. Məlumatda qeyd edilib ki, onları yoxlamadan palatalara yerləşdiriblər:
"Üstəlik, yastıqlar, döşəküzüləri pis gündə. Deyirsən, dəyişin, tibb bacisi cavab verir ki, "mənim vaxtım yoxdur"", - yayılan videolardan birində bildirilir.
İri ticarət mərkəzləri və 'Mall'lar bağlanır
"...nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində iri ticarət mərkəzlərinin və "Mall"ların fəaliyyəti 23 mart 2020-ci il tarixdə saat 00:00-dan etibarən bir ay müddətinə dayandırılır".
Azərbaycanda Formula-1 təxirə salınıb
5-7 iyun tarixlərində keçirilməsi nəzərdə tutulmuş Azərbaycan Qran Prisi koronavirus pandemiyasının qlobal şəkildə yayılmasına görə təxirə salınır.