Karantinə götürülən bəzi vətəndaşlar şəraitdən narazıdır
"İranda iki gün qaldıq... Bizi burada antisanitariya şəraitində saxlayırlar. Belə şey olar?! Prezidentin, Səhiyyə Nazirliyinin bu barədə xəbərləri yoxdur? Çox narahatıq, burada yemək yeyə bilmirik, çünki antisanitariya şəraitində olan mətbəxdə nəsə yemək olmur, yuyunmuruq, pis vəziyyətdəyik. İsti sudan söhbət gedə bilməz, yalnız bu gün otaqlarda soyuq su açıblar".
İran millət vəkili koronavirusdan ölüb
"Independent" yazır ki, parlamentə yenicə seçilmiş Məhəmməd Əli Ramazani Dəstəkin virusa bir neçə gün bundan əvvəl yoluxduğu bildirilir.
IRNA agentliyi xəbər verir ki, o, fevralın 29-da "qrip və kimyəvi zədələnmə" diaqnozu ilə xəstəxanaya aparılıb və orada keçinib.
Azərbaycanda daha 2 şəxsdə koronavirus aşkarlanıb
İran İslam Respublikasından qayıdan iki Azərbaycan vətəndaşında da koronavirus xəstəliyinin əlamətlərinin müşahidə edildiyi açıqlanıb.
Bununla da Azərbaycanda koronavirusun aşkarlandığı şəxslərin sayı 3-ə çatıb.