Keçid linkləri

2026, 13 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 05:57

Koronavirus: harada, nə zaman, necə

Azərbaycanda xüsusi rejim tətbiq edilir

Azərbaycanda 24 mart 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilir.

- 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilir

- Şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti dayandırılır

- "Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır…

Azərbaycan İranla sərhədini bağlayır

"Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini və digər dövlətlərin təcrübələrini nəzərə alaraq, koronavirus riskinin yayılması ilə əlaqədar 29 fevral… saat 16.00-dan etibarən iki həftəlik Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dövlət sərhədlərinin məhdudlaşdırıcı rejim əsasında bağlanması barədə qərar qəbul olunub".

Xamneyinin müşaviri də koronavirusdan öldü

Məsləhət Şurasının üzvü Məhəmməd Mirməhəmmədi Tehranda xəstəxanada virusdan vəfat edib. O, indiyədək İranda COVID-19 xəstəliyindən vəfat etmiş ən yüksək vəzifəli məmurdur.

Koronavirusdan necə qorunmalı
Gözlə

No media source currently available

0:00 0:03:57 0:00

Məktəblər bağlandı

Azərbaycanda koronavirus infeksiyasına yoluxmanın qarşısını almaq məqsədilə orta və ali məktəblər martın 3-dən 10-dək bağlanır. Bu haqda Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Qərargahın məlumatına görə, həmin müddətdə ölkədəki bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər intensivləşdiriləcək.

Davamı

XS
SM
MD
LG