İran vitse-prezidentinin koronavirusa yoluxduğu xəbər verilir
İran mediasında yayılan son xəbərlərə görə ölkənin vitse-prezidenti Məsumə Ebtekarda koronavirus aşkar edilib.
Bundan əvvəl ölkənin səhiyyə naziri İrac Harirçinin koronavirusa yoluxduğu xəbər verilmişdi.
Bakıdan getdiyi deyilən iranlı tələbədə koronavirus tapılıb
Belarus hakimiyyəti koronavirusa ilk yoluxma halının aşkarlandığını açıqlayıb. Yoluxan şəxsin İrandan bir tələbə olduğu, fevralın 22-də Bakıdan getdiyi bildirilir.
Azərbaycanda koronavirusa ilk yoluxma faktı təsdiqləndi
Operativ qərargahdan AZƏRTAC-a bildiriblər ki, xəstələnən şəxs Rusiya Federasiyasının vətəndaşıdır. "İran İslam Respublikasından Azərbaycana daxil olarkən onda xəstəliyin əlamətləri müəyyən olunub, həmin şəxs xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib. Aparılmış müayinələr və testlər nəticəsində koronavirusa yoluxma testi müsbət nəticə verib. Hazırda pasiyentin vəziyyəti sabitdir", - məlumatda qeyd edilir.