Azərbaycan-Rusiya sərhədi də bağlandı
Martın 18-dən Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərləri dayandırılacaq.
Bu barədə martın 16-da Azərbaycan Nazirlər Kabineti məlumat yayıb:
"Hökumət başçılarının qarşılıqlı razılığına əsasən, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərlərinin 2020-ci il 18 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib. Yük maşınlarının sürücüləri istisna təşkil edəcəklər...".
Prezident koronavirusa qarşı üzərlik yandırılmasını əmr etdi
Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov əhalinin üzərlik tüstüsünə verilməsinə dair tədbirlərin keçirilməsini əmr edib.
Berdiməhəmmədov deyib ki, "üzərlik tüstüsü gözə görünməyən virusların insan orqanizminə daxil olmasının qarşısını alan səmərəli vasitədir".
Ermənistan koronavirusa görə fövqəladə vəziyyət elan edib
Ermənistan hökuməti koronavirusa görə fövqəladə vəziyyət elan edib.
İndiyə qədər ölkədə 30 belə hal qeydə alınıb.
Bir nəfər sağalıb, 300 nəfər karantində saxlanır.