Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:30

Hollivuddan keçi fermasına


Keçilər
Keçilər

Hazırda 37 yaşı olan Faruk Mengüç yeddi il əvvəl Çikaqoda fəaliyyət göstərən və məşhur "The Oprah Winfrey" şousunu çəkən "Harpo Studios" studiyasının baş postprodakşn koordinatoru idi. İş ağır olsa da, iki uşaq atası olan Mengüç işindən razı idi. 2015-ci ildə studiya Los-Ancelesə köçmək qərarına gələndə Mengüç eyni sahədə başqa işə başladı, ancaq həddindən artıq yükləndiyini hiss etdi.

Şəhər kənarında böyük evdə yaşayan ailənin xərclərini qarşılamaq üçün çox işləmək lazım gəlirdi. Mengüç o dövrdə yeddi gün işləməli olduğunu, ailəsini, demək olar, görmədiyini və özünü çox pis hiss etdiyini xatırlayır.

Mengüçün həyat yoldaşı Holli Vermontda böyüyüb. 2016-cı ildə ailə Çikaqodan Vermonta, Şamplen gölünün şərq sahilində yerləşən Börlinqton şəhərinə köçdü. Bura Kanada sərhədindən 100 kilometr aralıdadır. Mengüç yerli televiziya tok-şousunda iş tapdı, ancaq tezliklə anladı ki, ailəsinin rifahı üçün daha böyük dəyişiklik etməlidir.

"Heç vaxt bu qədər xoşbəxt olmamışdım"

2017-ci ilin ortalarında o bir tanışının inəklərini sağır və bununla da axtardığı dəyişikliyi tapır.

"Bütün günü işləyəndən sonra bədənimin hər yeri ağrıyırdı. Gündə cəmi 10 dollar qazanırdım, ancaq özümü çox gözəl hiss edirdim. Heç vaxt bu qədər xoşbəxt olmamışdım. Həyatımda ilk dəfə mənalı bir işlə məşğul olurdum", – o deyir.

Holli də kənd həyatına başlayır. Cütlük fermada köməkçi işləməyə başlayır. Onların bu eksperimenti uğurlu olub. Cütlük bu ilin sonunadək Börlinqtonun cənubunda özünə aid ferma almağa ümid edir. Bu ferma onların, qızlarının və 230 keçilərinin evi olacaq. "Keçi südü bazarı son dərəcə güclüdür. Bu, hamımız üçün çox həyəcanlı bir dövrdür", – Mengüç deyir.

Bir zamanlar karyera pillələrində irəliləmək, davamlı maaş və vəzifə artımı ideallaşdırılır, peşəkar inkişaf həyatda ən mühüm şey sayılırdı. Mengüçün hekayəsi isə, azı, bir işçi nəslinin yanaşmasındakı dəyişikliyin bariz nümunəsi sayıla bilər.

Kollektiv ambisiya anlayışının dəyişməsi

Ancaq BBC hər şeyin çox tez dəyişdiyini yazır. Mütəxəssislər deyirlər ki, indi insanların peşə sahəsində ambisiyaları azalmayıb. Ancaq kollektiv ambisiya anlayışı dəyişib. İndi bu anlayış əvvəlkinə nisbətən daha az standartlaşmış, get-gedə daha şəxsi hal alır. Ənənəvi yanaşmaya bağlı olan insanların bir çoxu bunu anlamağa çətinlik çəkir.

Bu trendin bu yaxınlara aid ən parlaq nümunələrindən biri də amerikalı gimnast, Olimpiya çempionu Simona Baylzın iyulda ruhi sağlamlığını önə çəkərək Olimpiya Oyunlarının finallarından geri çəkilməsidir. Prioritetlərdəki bu dəyişiklik çox genişdir və mütəxəssislər COVID-19 pandemiyasının onu daha da sürətləndirdiyini deyirlər.

Avstraliyanın "Atlassian" proqramlaşdırma şirkətinin "PwC" ilə birgə keçirdiyi sorğunun nəticələri göstərib ki, işçilərin yarıya qədəri məsafədən iş imkanlarını nəzərdən keçirmək istərdi. Onlar bunun iş-şəxsi həyat balansı üçün faydalı olduğunu düşünürlər.

Yeni iş axtaranlar, işdən çıxanlar

Bu il "Prudential Financial"ın iki min amerikalı arasında keçirdiyi sorğu 25-40 yaşlıların 1/3-dən çoxunun pandemiyadan sonra yeni iş axtarmaq niyyətini üzə çıxarıb. Respondentlərin 1/4-i bu fikri ifadə edib. 2019-cu ilin oxşar sorğusu millenialların 75 faizə qədərinin daha əvvəl mental sağlamlıqlarını qorumaqdan ötrü işdən çıxdığı aşkarlamışdı. Bu, çox böyük nisbətdir. İş bazarının içində olan bu qədər insan şəxsi həyatla iş arasındakı prioritetlərinə yenidən baxırsa, onda peşə nailiyyəti stereotipinə kollektiv baxışın dəyişməsi də başadüşüləndir. Artıq həyatdan təkcə pul və status istəməmək pis bir şey sayılmır.

Bu il Texas A&M Universitetinin Biznes Məktəbinin professoru Entoni Klots tərəfindən yaradılan "Böyük istefa" anlayışı get-gedə daha çox aydın olmağa başlayır. Lokdaun insanlara öz həyatları haqqında düşünmək imkanı verdi. Bir çoxları korporativ piramidada yüksəklərə qalxmağın artıq o qədər də cəlbedici olmadığını, peşə nailiyyətinin başqa cür görünə biləcəyini anladılar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG