Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 22:52

Koronavirus dövrünün səyahət sertifikatı təsdiqlənir


Arxiv fotosu
Arxiv fotosu

İyulun 1-dən başlayaraq 12 ay ərzində vaksinasiya, mənfi test nəticəsi, yaxud COVID-19-dan sağalmanı əks etdirən səyahət sertifikatı AB daxilində səyahətə imkan verəcək

Avropa Birliyinin deputatları blokun 27 üzvü arasında səyahəti asanlaşdırmaq üçün yeni səyahət sertifikatını təsdiqləyiblər. Bununla da yay səyahət mövsümü öncəsi sistemin vaxtında işə düşməsinə yol açılıb.

İyunun 9-da Avropa Parlamentinin Strasburqdakı iclasında açıqlanan səsvermə nəticələrini hələ AB üzvləri təsdiqləməlidirlər. Bu isə prosedur qaydası sayılır.

Çimərlik mövsümü açılır: Çirkab suların dənizə axıdıldığı ərazilər var
Gözlə

No media source currently available

0:00 0:03:14 0:00

İyulun 1-dən başlayaraq 12 ay ərzində vaksinasiya, mənfi test nəticəsi, yaxud COVID-19-dan sağalmanı əks etdirən səyahət sertifikatı AB daxilində səyahətə imkan verəcək. Bunun üçün karantin, yaxud əlavə koronavirus testlərindən keçmək tələb olunmayacaq.

Hazırda AB-nin 27 üzvü arasında səyahət turistlər və hava şirkətləri üçün çaşdırıcı və yorucudur. Hər bir ölkə fərqli qaydalar və standartlar tətbiq edir.

AB sertifikatını ayrı-ayrı ölkələr pulsuz, həm kağız, həm də rəqəmsal formada verəcəklər.

QR kodu

Sənədlərdə təkmil təhlükəsizlik göstəriciləri olan QR kodu yerləşəcək. Şəxsi data digər ölkələrlə paylaşılmayacaq.

Amma sertifikat azad hərəkət üçün ilkin şərt, yaxud səyahət sənədi sayılmayacaq.

AB-nin bütün üzvləri digər ölkələrin verdiyi vaksinasiya sertifikatlarını qəbul etməlidirlər. Söhbət Avropa Dərman Agentliyinin təsdiqlədiyi vaksinlərdən gedir. Milli proseduralardan keçərək təsdiqlənmiş, yaxud Dünya Səhiyyə Təşkilatının təcili istifadəyə təsdiqlədiyi vaksinlərlə bağlı qərar vermək isə AB ölkələrinin üzərinə düşür.

AB-yə kənardan gələnlər daxil olmaq istədikləri üzv ölkədə sertifikata uyğun gəldiklərini sübut edəndən sonra bu sənədi ala biləcəklər.

Birliyin bir sıra üzvləri, o cümlədən Bolqarıstan, Xorvatiya, Çexiya, Danimarka, Almaniya, Yunanıstan və Polşa səyahətçilər üçün COVID-19 vaksinasiya sertifikatı sistemi tətbiq ediblər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG