Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:14

Şimali Koreya yeni raket sınağı keçirə bilər


Kim Jong-Un raket sınağını müşahidə edir. 16 sentyabr, 2017
Kim Jong-Un raket sınağını müşahidə edir. 16 sentyabr, 2017

Şimali Koreya ballistik və ya kosmk raketin sınağına hazırlaşa bilər.

Bunu, ABŞ-ın milli ictimai radiosu peykdən çəkilmiş fotoların analizinə əsasən xəbər verir.

Həmin fotolar Pxenyanın 25 kilometrliyindəki “Sanumdon” tədqiqat mərkəzinə aiddir.

Şimali Koreya bu obyektdən əsasən qitələrarası və kosmik raketlərin yığılmasında istifadə edir.

Şəkillərdən görsənir ki, obyektin yaxınlığında bir neçə minik və yük maşını dayanıb, ətrafda isə dəmiryol vaqonları və iki kran var.

Martın 8-də çəkilmiş fotolardan isə, obyektdə fəallığın azaldığı və kranlardan birinin götürüldüyü görsənir.

Bu isə o deməkdir ki, iş artıq dayandırılıb və hazırlanmış raket obyekti tərk edib.

Qeyd edək ki, Pxenyan, ABŞ prezidenti Donald Trump və Şimali Koreya lideri Kim Çen ın-ın(Kim Jong Un ) 2018-ci ildə Sinqapur görüşündən sonra, nüvə obyektlərinin söküləcəyini vəd etmişdi.

Amma bu ilin martında liderlərin Vyetnamda keçirilən uğursuz görüşündən sonra Şimali Koreyanın raket obyektlərində bərpa işləri aparıldığı müşahidə olunur.

Buna da bax:Trump: Şimali Koreya ilə danışıqlar sanksiyalara görə alınmayıb

ABŞ prezidenti Donald Trump ötən cümə günü BBC-ə deyib ki, Şimali Koreya yenidən raket sınaqlarına dönsə, “ bundan çox məyus olacaq”.

ABŞ Şimali Koreyadan nüvə və raket sınaqlarına son qoyulmaqsını tələb edir və buna görə, ona qarşı bir sıra sanksiyalar tətbiq edib.

XS
SM
MD
LG