Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:12

12 noyabr Konstitusiya Günüdür [video]


Azərbaycan Konstitusiyasından maddələr
Azərbaycan Konstitusiyasından maddələr

Noyabrın 12-si Azərbaycanda Konstitusiya günüdür.

Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edilib.

Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-dən qüvvəyə minib. Artıq, 22 ildir Azərbaycan noyabrın 12-ni Konstitusiya günü kimi qeyd edir.

Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yaranıb. O zamankı dövlət başçısı Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə xüsusi komissiya yaradılıb, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarılıb. 1995-ci il noyabrın 12-də isə qəbul olunub.

Buna da bax:​ 12 noyabr Konstitusiya günüdür

Müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir.

Azərbaycanda ilk konstitusiya məhkəmə nəzarəti orqanı olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi isə 1998-ci il iyul ayının 14-də yaranıb.

Konstitusiya günü bayram kimi qeyd olunsa da, noyabrın 12-si iş günüdür.

2002-ci, 2009-cu və 2016-cı illərdə referendum yolu ilə üç dəfə Konstitusiyaya əlavə və dəyişikliklər edilib.

Buna da bax:​ Hüquqşünas: 'Heç monarxiyalı ölkələrdə belə absurd yoxdur'

Birinci dəyişiklikdə seçkilərdə proporsional sistem ləğv edilib, ölkədə baş nazir prezidentdən sonra ikinci şəxs status əldə edib.

Halbuki, 2002-ci ilə qədər ölkədə ikinci şəxs Milli Məclisin sədri sayılırdı. Bundan bir il sonra da hazırkı prezident İlham Əliyev baş nazir təyin edilib.

2009-cu ildə iki dəfədən çox prezident seçilməyə qoyulan məhdudiyyət aradan qaldırılıb.

Son dəyişikliklərdə isə həm prezident səlahiyyəti, həm də bu postun müddəti artırılıb. Vitse-prezidentlik institutu təsis edilib.

Buna da bax:​ "Gərək Azərbaycan Konstitusiyasını gecə oxuyub yatasan..."

Bundan da bir qədər sonra prezident İlham Əliyev öz xanımı Mehriban Əliyevanı birinci vitse prezident təyin edib.

Müxalifət bütün bu dəyişiklikləri hakimiyyətin varis planı əsasında ötürülməsi və daha sonra isə bir ailədə cəmləşməsi kimi dəyərləndirib.

Hakimiyyət rəsmiləri isə dəyişiklikləri islahatlar kimi təqdim ediblər. Onların fikrincə bütün bu dəyişikliklər ölkənin təhlükəsizliyinə və hakimiyyətin daha çevik idarə olunmasına xidmət edir.

Əliyevlərin xeyrinə 3 Konstitusiya dəyişikliyi
Gözlə

No media source currently available

0:00 0:01:29 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG