Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:11

ABŞ-ın üç Konstitusiya eksperti Trump-ın impiçmentini dəstəkləyib


Konstitusiya professorları (solddan sağa) Noah Feldman, Pamela S. Karlan, Michael Gerhardt və Jonathan Turley
Konstitusiya professorları (solddan sağa) Noah Feldman, Pamela S. Karlan, Michael Gerhardt və Jonathan Turley

ABŞ-ın üç Konstitusiya eksperti prezident Donald Trump-ın impiçmenti üçün araşdırma aparan demokratların səylərini qızğın şəkildə dəstəkləyib.

Onlar Trump-ın Ukrayna və başqa məsələlərdəki hərəkətlərinin prezidentin vəzifəsindən uzaqlaşdırlmasına tam əsas verdiyini deyiblər.

Dördüncü şahid, respublikaçıların dəvət etdikləri Konstitusiya vəkili dekabrın 4-də Nümayəndələr Palatasının Ədliyyə Komitəsində keçirilən dinləməyə bildirib ki, əksinə, prezidentin hərəkətləri impiçmentə əsas vermir.

Ekspertlərin ifadələri ilə keçirilən bu dinləmədən məqsəd prezident barəsində cinayət və qanun pozuntusu iddialarına konstitusiya çərçivəsi vermək idi.

ABŞ Nümayəndələr Palatası prezidenti impiçment etmək səlahiyyətinə malikdir. Amma Nümayəndələr Palatasında impiçment səsverməsi keçirildikdən sonra bu məsələ mühakimə üçün yuxarı palataya – Senata təqdim olunmalıdır. Orada isə respublikaçıların çoxluq olduğu nəzərə alınarsa, Trump-ın vəzifəsindən uzaqlaşdırılacağı ağlabatan görünmür.

Amerika torpağında krallıq qurulmaması üçün

Demokratların ifadə vermək üçün dəvət etdikləri Konstitusiya ekspertləri Şimali Karolina Universitetinin hüquq elmləri professoru Michael Gerhart, Stanford Hüquq Məktəbinin professoru Pamela Karlan və Harvard Universitetinin professoru Noah Feldman idi.

Professor Gerhart deyib ki, prezidentin rüşvət, xarici liderdən lütfkarlıq istənməsi və ədalətin qarşısının alınması kimi hərəkətləri bundan əvvəlki bütün prezidentlərin yol verdikləri qanun pozuntularından daha pis olub:

"Əgər Konqres onu impiçment edə bilməsə, onda impiçment prosesi və bu halda Konstitusiyamızın Amerika torpağında kral hakimiyyətinin qurulmaması üçün diqqətlə işlənmiş müddəaları tamamilə mənasını itirəcək”.

Əksinə, respublikaçıların dəvət etdikləri ekspert - George Washington Universitetinin professoru Jonathan Turley deyib ki, Trump-ın korrupsiyalı niyyətlə hərəkət etdiyinin heç bir sübutu yoxdur.

Turley 2016-cı ildə Trump-a səs vermədiyini bildirsə də, əlavə edib:

"Prezidentin siyasətlərinə və ya hərəkətlərinə qarşı çıxmaq olar, lakin onun impiçmenti üçün hazırkı hüquqi araşdrıma nəinki təəssüf doğrur və müəyyən mənada hətta təhlükəlidir”.

Ağ Evin sözçüsü Stephanie Grisham yazdığı tvitdə bildirib ki, Nümayəndələr Palatasına dəvət edilmiş 4 şahiddən üçü Trump-a qarşı qərəzliliyi ilə tanınır.

Hazırda Konqresin Ədliyyə Komitəsi Kəşfiyyat Komitəsindən konkret sübutlaırın təqdim edilməsini gözləyir.

Trump və vəkilləri bundan əvvəl Konqres dinləməsinə dəvət olunsalar da, dekabrın 1-də burada “təməl ədalətin” olmamamsı iddiası ilə dəvətdən imtina ediblər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG