Keçid linkləri

2026, 07 Mart, şənbə, Bakı vaxtı 20:13
Əliyevlər ailəsi
Əliyevlər ailəsi

'Bu addımların arxasında ailənin hansısa planları var'- [Şərhlər]

Prezident İlham Əliyevin sərəncamı ilə rəy verilməsindən ötrü Konstitusiya Məhkəməsinə göndərilən “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsi açıqlanıb.

19:33 19.7.2016

"Avtoritar rejimi daha da sərtləşdirmək istəyirlər"

“Prezidentin Konstitusiya Məhkəməsinə göndərdiyi “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsi göstərir ki, hakimiyyət mövcud avtoritar rejimi daha da sərtləşdirmək niyyətindədir".

Müsavat Partiyası divanının bu gün yaydığı bəyanatda belə deyilir.

Partiya qeyd edir ki, son illər hakimiyyətin tez-tez qanunvericilikdə və Konstitusiyada dəyişiklikləri bir qayda olaraq, idarəçiliyin daha da sərtləşməsinə, demokratik cəmiyyət quruculuğuna əngəl yaratmağa xidmət edib. Ətraflı

19:46 19.7.2016

"Özbaşınalığa yol açır"

Əlövsət Əliyev
Əlövsət Əliyev

“Vətəndaşlıqdan imtina ilə bağlı Konstitusiyaya təklif olunan dəyişiklik layihəsi başdan- ayağa məmur özbaşınalığına yola açacaq”.

Bunu miqrasiya məsələləri üzrə ekspert Əlövsət Əliyev AzadlıqRadiosuna iyulun 18-də açıqlanan Referendum Aktına təklifləri şərh edərkən deyib. Ətraflı

19:52 19.7.2016

"Zamanın tələbi"

Əli Hüseynov
Əli Hüseynov

“Konstitusiya canlı sənəddir və cəmiyyətlə birlikdə inkişaf etməlidir. Bu baxımdan prezident tərəfindən “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında ” Referendum Aktının təqdim olunması zamanın tələbidir”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ölkə başçısının Konstitusiyaya dəyişikliklər paketini şərh edərkən belə deyib. Ətraflı

20:26 19.7.2016

Dövlət istənilən vaxt vətəndaşın mülkiyyətini əlindən ala biləcək?

Bakıda qanunsuz tikililər (Arxiv)
Bakıda qanunsuz tikililər (Arxiv)

Konstitusiyaya təklif edilən dəyişikliklərdən biri də mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlıdır.

Hüquqşünas Yalçın İmanov deyir ki, bu, insan hüquq və azadlıqlarının ən kobud şəkildə pozulmasına gətirib çıxaran dəyişiklikdir:

Millət vəkili Araz Əlizadə isə hüquqşünasın fikri ilə razı deyil:

“Heç nə dəyişməyəcək. İnsanlar vardı ki, fırıldaq yolu ilə şəxsi mülkiyyət əldə eləmişdilər, bundan sui-istifadə edirdilər. Bunun qarşısı alınacaq. Ətraflı

Davamı

XS
SM
MD
LG