Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:18

Dövlət istənilən vaxt vətəndaşın mülkiyyətini əlindən ala biləcək?


Yalçın İmanov

Yalçın İmanov

-

Konstitusiyaya təklif edilən dəyişikliklərdən biri də mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlıdır.

Göstərilir ki, “sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər”.

Hüquqşünas Yalçın İmanov deyir ki, bu, insan hüquq və azadlıqlarının ən kobud şəkildə pozulmasına gətirib çıxaran dəyişiklikdir:

“Təklif olunan dəyişiklik mülkiyyət hüququnun toxunulmazlığı və dövlət tərəfindən təminat verilməsi ilə bağlı əvvəlki konstitusion normanın ziddinə olan normadır. İndiyə qədər Konstitusiyada mülkiyyətin toxunulmazlığına, dövlət tərəfindən bu toxunulmazlığın təminatına dair dövlətin üzərində konstitusion öhdəlik var idi. İndi isə belə çıxır ki, istənilən bir adamın ona məxsus torpaq sahəsi və digər əmlakı üzərində hüququ sosial tələbatla bağlı məhdudlaşdırıla və ondan alına bilər”.

"Bu o demək deyil ki, sabah gedib hamının əlindən mülkiyyətini alacaqlar"

Araz Əlizadə

Araz Əlizadə

Millət vəkili Araz Əlizadə isə hüquqşünasın fikri ilə razı deyil:

“Heç nə dəyişməyəcək. İnsanlar vardı ki, fırıldaq yolu ilə şəxsi mülkiyyət əldə eləmişdilər, bundan sui-istifadə edirdilər. Bunun qarşısı alınacaq. Bu o demək deyil ki, sabah gedib hamının mülkiyyətini, torpağını əlindən alacaqlar. Tutaq ki, dövlət əhəmiyyətli nəsə tikiləcək. Azərbaycanda da belə vəziyyətdə demirlər ki, “çıxmıram”. Deyirlər ki, məsələn, “200 kvadratmetrlik yerə 1 milyon manat ver”. Buna görə böyük bir layihə dayanmayacaq ki? Söhbət bundan gedir”.

Günün bütün mövzuları

XS
SM
MD
LG