Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:47
Əliyevlər ailəsi
Əliyevlər ailəsi

'Bu addımların arxasında ailənin hansısa planları var'- [Şərhlər]

Prezident İlham Əliyevin sərəncamı ilə rəy verilməsindən ötrü Konstitusiya Məhkəməsinə göndərilən “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsi açıqlanıb.

19:33 19.7.2016

"Avtoritar rejimi daha da sərtləşdirmək istəyirlər"

“Prezidentin Konstitusiya Məhkəməsinə göndərdiyi “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsi göstərir ki, hakimiyyət mövcud avtoritar rejimi daha da sərtləşdirmək niyyətindədir".

Müsavat Partiyası divanının bu gün yaydığı bəyanatda belə deyilir.

Partiya qeyd edir ki, son illər hakimiyyətin tez-tez qanunvericilikdə və Konstitusiyada dəyişiklikləri bir qayda olaraq, idarəçiliyin daha da sərtləşməsinə, demokratik cəmiyyət quruculuğuna əngəl yaratmağa xidmət edib. Ətraflı

19:21 19.7.2016

"Konstitusiyanın özünə ziddir"

Fuad Ağayev
Fuad Ağayev

“Konstitusiyaya bəzi təkliflər Konstitusiyanın özünə ziddir, referenduma çıxarıla bilməz”

Hüquqşünas Fuad Ağayev deyir ki, 155-ci maddə hüquqların məhdudlaşdırılması ilə bağlı təkliflərin Referenduma çıxarılmasını qadağan edir. Ətraflı

Fuad Ağayev: “Konstitusiyaya bəzi təkliflər Konstitusiyanın özünə ziddir"
Gözlə

No media source currently available

0:00 0:01:13 0:00
Direct-ə keçid

19:15 19.7.2016

"Burda qeyri-demokratik heç nə yoxdu"

Rövşən Rzayev
Rövşən Rzayev

“Konstitusiyaya dəyişiklik təkliflərində qeyri-demokratik müddəa yoxdur”.

Bunu Milli Məclisin üzvü Rövşən Rzayev prezidentə parlamenti buraxmaq səlahiyyətinin verilməsi təklifini şərh edərkən deyib.

Rövşən Rzayev bu müddəanın parlamentin cəmiyyətdə bir hakimiyyət qolu kimi rolunu azaldacağı barədə fikirlərlə razılaşmır, deyir ki, əksinə, Azərbaycanda olan “siyasi model kifayət qədər uğurludur”. Ətraflı

18:47 19.7.2016

“Dəyişikliklər mövcud prezident üsul-idarəsini o dərəcədə də dəyişmir”

Rasim Musabeyov
Rasim Musabeyov

“Prezident belə bir təşəbbüslə çıxış edibsə, orda kifayət qədər əsaslandırılmış siyasi motivlər var. Müxalifət çox şey deyə bilər. Fikrimcə, dəyişikliklər mövcud prezident üsul-idarəsini o dərəcədə də dəyişmir”.

Bunu millət vəkili Rasim Musabəyov Konstitusiyaya yeni dəyişikliklər təklifi haqda deyir. O, prezident seçilmək üçün 35 yaş məhdudiyyətinin aradan qaldırılması haqqında söyləyir ki, bu, xalqın seçimi olacaq:

Rasim Musabəyov: Müxalifət çox şey deyə bilər
Gözlə

No media source currently available

0:00 0:01:05 0:00
Direct-ə keçid

“Hər bir halda o adamı xalq seçəcək. Xalq hesab etsə ki, 30 yaşında da bu adam prezidentliyə layiqdirsə, onu seçəcək. Hesab etməsə, seçməyəcək. Ancaq ortada namizəd yoxdur ki, biz onun haqqında deyək ki, “mümkündür, yoxsa, yox”. Məni daha çox parlamentlə bağlı maddə maraqlandırmışdı. Prezidentin Milli Məclisi buraxmasına dair maddələr bir çox ölkələrin Konstitusiyalarında da mövcuddur” .

Davamı

XS
SM
MD
LG