Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Avqust, Cümə, Bakı vaxtı 21:09

Kollegiya sədri: Biz polislərin yenə də plan doldurmaqla məşğul olduğunu görürük


Polislər mitinq iştirakçısını aparır

"Azərbaycanda həbs olunan 7 nəfərdən biri Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə) maddəsi ilə ittiham edilir".

Bunu Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifov Məhkəmə Hakimləri Assosasiyaları İttifaqının ümumi yığıncağında bildirib. (Report)

Ş.Yusifov cəzaçəkmə müəssisələri, istintaq təcridxanalarının bu maddə ilə cəza çəkən şəxslərlə dolu olduğunu söyləyib:

"Bu cür məsələlərdə hakimlər diqqətli olmalıdırlar. Ən bəlalı məsələlərdən biri Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bağlıdır. Çünkü bu gün azadlıqdan məhrum etmə cəzası çəkənlər arasında 7 nəfərdən biri bu maddə ilə ittiham olunmuş şəxslərdir".

Kollegiya sədri deyib ki, üç gün öncə 65 məhkum bununla bağlı müraciət edib:

“Həmin şəxslərin bəziləri qanunsuz yerə məhkum edildiklərini bildirirlər. Biz də baxılmış işləri təhlil edəndə polislərin yenə də plan doldurmaqla məşğul olduğunu görürük”.

Günün bütün mövzuları

XS
SM
MD
LG