Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:15

Günə 4 fincan qəhvə ölüm riskini azaldırmış


Kofe
Kofe

Gün ərzində çox kofe içmək ölüm riskini azaldırmış. Bunu İspaniya tədqiqatçılarına istinadla «USA Today» yazır.

Araşdırma Barselona şəhərində Avropa Kardiologiya Cəmiyyəti Konqresində təqdim olunub. Tədqiqat İspaniyanın Pamplona şəhərində yerləşən Navarra Xəstəxanasında aparılıb. Üzə çıxan budur ki, günə azı 4 fincan qəhvə içənlər ölüm riskiylə heç kofe içməyən, yaxud az içənlərdən 64% az üzləşirlər.

Tədqiqat 10 il ərzində 20 min nəfər üzərində aparılıb.

Hətta bir maraqlı məqam da var – yaşı 45 və ondan çox olanlar günə 2 fincan da əlavə kofe içsələr, ölümlə üzləşmək riskləri 30% azalır.

Xəstəxananın kardioloqu Dr. Adela Navarro deyir ki, 4 fincan kofe sağlam diyetanın əsas elementi ola bilər.

Bu nəticə bu il açıqlanmış daha iki araşdırmayla üst-üstə düşür. Həmin tədqiqatlar da kofenin bədənə müsbət təsirindən söz açırdılar. Araşdırmalardan birində deyilirdi ki, kofe ürək xəstəliyi, xərçəng, iflic, diabet, böyrək xəstəliklərindən ölüm hallarını azaldır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG