Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:56

Avropanın ilk prokuroru rumıniyalı qadın ola bilər


Avropa prokuroru vəzifəsinə namizədlər almaniyalı Andres Ritter, rumıniyalı Codruta Kovesi və fransalı Jean-Francois Bohnert
Avropa prokuroru vəzifəsinə namizədlər almaniyalı Andres Ritter, rumıniyalı Codruta Kovesi və fransalı Jean-Francois Bohnert

Avropa İttifaqının millət vəkilləri Rumıniya antikorrupsiya agentliyinin keçmiş başçısını gələcək Avropa prokuroru postuna əsas namizəd göstəriblər.

Avropa Parlamentinin Vətəndaş Azadlıqları, Ədliyyə və Daxili İşlər Komitəsi Laura Codruta Koevesini fevralın 27-də əsas namizəd seçiblər.

Bu səsvermədə Koevesi 26, fransalı Jean-Francois Bohnert received 22 səs alıblar. Almaniyalı Andres Ritterə heç kim səs verməyib.

İndi Avropa Parlamenti ötən həftə Bohnerti əsas namizəd göstərmiş Avropa Şurası ilə danışıqlara başlamalıdır. Şuranın namizədləri siyahısında Koevesi və Ritter ikinci yeri bölüşürlər.

Bundan əvvəl fevralın 26-da Avropa millət vəkillərinin keçirdiyi dinləmədə Koevesi demişdi ki, “prokuror həqiqəti axtarmalı, qanunun aliliyinə xidmət etməli və yüksək mənəvi dəyərlərə malik olmalıdır”:

"Mən bilirəm ki, sizə mənim haqqımda xeyli neqativ informasiya daxil olub. Mən açıq deməliyəm ki, sizdən gizlətməli heç nəyim yoxdur”.

AzadlıqRadiosu bundan əvvəl yazırdı ki, hazırda Avropa İttifaqının rotasiyalı sədri olan Rumıniya Koevesinin namizədliyi əleyhinə fəal lobbiçilik kampaniyası aparıb.

Rumıniya hökuməti ötən il onu antikorrupsiya agentlyinin başçısı vəzifəsindən kənarlaşdırıb. Tənqidçilər bildirirlər ki, bu, Koevesinin yüksək vəzifəli rəsmilərə qarşı ittiham irəli sürə bilməməsi üçün edilib.

Avropa İttifaqı Koevesini korrupsiyaya qarşı mübarizədəki roluna görə təqdir edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG