Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:13

Kocharian-ın 'başqa məhbuslarla eyni şəraitdə' saxlandığı deyilir


Robert Kocharian
Robert Kocharian

Ermənistanda konstitusiya quruluşunu devirməkdə ittiham olunaraq həbs edilmiş keçmiş prezident Robert Kocharian-ın vəkilləri həbs-qətimkan tədbiri qərarından Apellyasiya Məhkəməsinə şikayəti iyulun 31-də təqdim edəcəklərini bildiriblər.

Bu barədə məlumatı AzadlıqRadiosunun Erməni xidmətinin Azatutyun saytına Kocharian-ın vəkili Aram Orbelyan verib.

Bununla belə vəkil şikayətin hansı əsaslar üzərində qurulduğu barədə şərh verməkdən imtina edib. Orbelyan deyib ki, məhkəmə bu şikayətə bu həftə ərzində baxmalıdır.

Üç gün əvvəl məhkəmə Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın iki ay müddətinə həbs edilməsi barədə qərar çıxarıb.

Azatutyun yazır ki, dövlət keçmiş prezidentin təhlükəsizliyini təmin etməlidir.

Ədliyyə rəsmiləri Koçaryanın başqa məhbuslarla eyni şəraitdə saxlandığını bildirirlər. Lakin onun hansı cəzaçəkmə müəssisəsində olduğu bildirilmir.

Bu da xəbər verilir ki, ombudsman Arman Tatoyan ikinci prezidentə “Yerevan-Kentron” təcridxanasında baş çəkib və Kocharian-ın saxlanma şəraitindən şikayəti olmadığın deyib:

“Qanunvericilik keçmiş prezidentlər üçün cəzaçəkmə müəssisələrində hər hansı imtiyazları nəzərdə tutmur”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG