Sentyabrın 20-də Yerevan məhkəməsi ölkənin konstitusiya quruluşunu devirməkdə ittiham olunan keçmiş prezident Robert Kocharian-ı zaminə buraxmaqdan imtina edib.
Bundan üç gün əvvəl keçirilmiş məhkəmədə isə hakim Kocharian-ın vəkillərinin onun barəsində məhkəməyədək həbs qətimkan tədbirinin dəyişdirilməsinə dair vəsatətini rədd etmişdi.
Vəkillər bu vəsatəti Ermənistan Konstitusiya Məhkəməsinin 4 sentyabr tarixli qərarı ilə əsaslandırırdılar.
Bu qərarda deyilirdi ki, 65 yaşlı keçmiş prezidentin həbsi və mühakiməsi Konstitusiya ilə ziddiyyət təşkil edir.
Kocharian-ın vəkilləri sentyabrın 17-də çıxarılmış məhkəmə qərarından artıq apellyasiya şikayəti veriblər.
Sentyabrın 20-də verilmiş hökmdən şikayət etmək üçün onların 10 gün vaxtı var.
Kocharian-ın bundan əvvəlki məhkəmələri zamanında olduğu kimi, sentyabrın 20-də də onun tərəfdarları və əleydarları məhkəmə binası qarşısında qarşıduran aksiya keçirirdilər.
Onları bir-birindən ayırmaq məqsədilə məhkəmə binasının qarşısına polis qüvvələri gətirilmişdi.
Keçmiş prezident Kocharian və onun hökumətinin daha üç vəzifəli rəsmisi 2008-ci ilin mart ayında qanunsuz olaraq fövqəladə vəziyyət elan edilməsində və antihökumət etirazçılarının üstünə qoşun göndərilməsində ittiham edilirlər.
Həmin vaxt baş vermis toqquşmalarda hüquq-mühafizə əməkdaşları da daxil azı 10 nəfər həlak olmuşdu.
2018-ci ilin iyul ayında həbs ediləndən bəri Robert Kocharian artıq iki dəfə məhkəmə qərarları ilə həbsdən azad olunub.
Lakin hər iki halda onu prokurorluğun vəsatəti ilə təkrar həbs ediblər.