Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Oktyabr, bazar, Bakı vaxtı 23:05

Kocharian həbsdə qaldı


Robert Kocharian-ın məhkəməsi, 17 sentyabr, 2019-cu il

Yerevan məhkəməsi keçmiş prezident Robert Kocharian barəsində həbs qətimkan tədbirini dəyişməyib. Vəkilləri belə bir vəsatət irəli sürmüşdülər. Onlar Konstitusiya Məhkəməsinin 4 sentyabr qərarına uyğun olaraq Kocharian-ın buraxılmasını istəyirdilər. Həmin qərarda 65 yaşlı keçmiş prezidentin həbsinə və mühakimə olunmasına imkan verən hüquqi maddə qeyri-konstitusion sayılmışdı.

Kocharian və daha üç keçmiş məmurun işinə sədrlik edən hakim Anna Danibekian qərarını sentyabrın 17-də açıqlayıb.

Kocharian-ın vəkilləri 10 gün ərzində bu qərardan apelyasiya şikayəti verə bilərlər.

Məhkəmənin qərarı dərc olunmazdan öncə Kocharian-ın oğlu Levon Kocharian jurnalistlərə deyib ki, hökumət onun atasını içəridə saxlamaqdan ötrü məhkəməyə təsir göstərir.

Məhkəmə qarşısında Kocharian tərəfdarları ilə opponentləri toqquşub, polis azı iki nəfəri saxlayıb.

Kocharian 2008-ci ilin mart hadisələri ilə əlaqədar konstitusion quruluşu devirməkdə ittiham olunur. O zaman prezident seçkisinin nəticələrinə etiraz edənlərə qarşı hərbçilərdən istifadə olunmuş, toqquşmalarda azı 8 nəfər həlak olmuşdu.

2018-ci ilin iyulunda həbs olunan Kocharian məhkəmə qərarları ilə iki dəfə həbsdən buraxılıb, sonradan prokurorların şikayəti əsasında yenidən həbs olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG